Icma.az
close
up
RU
İşğalın nəticələri ŞƏRH

İşğalın nəticələri ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 13 fevral 1988-ci ildən başlanan erməni separatizmi zamanında qətiyyət göstərilərək qarşısı alınmadığından müxtəlif mərhələlər keçərək 1991-ci ilin ikinci yarısından etibarən açıq müharibə mərhələsinə qədəm qoydu. Həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin yarıtmaz fəaliyyəti ucbatından, baş verən hadisələri düzgün qiymətləndirərək lazımı qabaqlayıcı tədbirlər görməmələri səbəbindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf yeddi rayonun, o cümlədən Cəbrayıl rayonunun ərazisi 1993-cü ilin avqust ayının 23-də ermənilər tərəfindən işğala məruz qaldı.
İşğala məruz qalan digər rayonların əhalisi kimi Cəbrayıl rayonunun əhalisi də ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalaraq, respublikanın ayrı – ayrı rayonlarına səpələndi və ağır məşəqqətli həyat tərzi yaşamlı oldular.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı Ordu quruculuğu diqqət mərkəzinə götürülərək, mövcud imkanlar səfərbər olundu və düşmənə tutarlı zərbə vurularaq geri oturduruldu və Ermənistan atəşkəsə razlıq verməyə məcbur edildi.
Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış siyasi kurs, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanda ictimai-siyasi sabitlik yaradılaraq, hər bir sahədə, o cümlədən Ordu quruculuğu sahəsində davamlı, planlı iş aparıldı.
Cənab Prezident İlham Əliyev düzgün olaraq müəyyənləşdirəndə ki, ermənilər məsələnin sülh yolu ilə həllinə heç vaxt razı olmayacaq, bu işə məsul olan ATƏT-in Minsq Qrupu problemin həllini uzatmaqla Azərbaycan xalqını mövcud məğlubiyyətlə barışdırmaq niyyətini güdür, onda cənab Prezident Qarabağ problemini həll etmək üçün yeni bir strategiya müəyyənləşdirdi və bu strategiyanın adı hərbi-siyasi yolla problemin həlli variantıdır. Aparıcı dövlətlərin, dünyanın əsas güc mərkəzlərinin təqib və təzyiqlərinə məhəl qoymadan özünün müəyyənləşdirdiyi həll variantını tədbiq edərək, məsələnin Azərbaycanın xeyrinə bitirilməsi istiqamətində qətiyyətli addımlar atdı və iqtisadiyyatı gücləndirərək, güclü iqtisadiyyat hesabına regionun ən qüdrətli Ordusunu yaratdı. Maddi-texniki təminatla yanaşı, mənəvi-psixoloji və fiziki hazırlığı yüksək, mütəmadi təlimlərdən keçmiş müasir Ordu formalaşdırmağa nail oldu.
Azərbaycan Ordusu cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında 2016-cı ilin aprel ayında qısamüddətli döyüşdə iştrak etməklə, nəyə qadir olduğunu döyüş meydanında təsdiq etdi.
Cəmi üç gün yarım davam edən Aprel döyüşlərində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək bir neçə istiqamətdən ermənilərin əfsanələşdirdiyi, Ohanyan xətti adlandırdıqları müdafiə xəttini yararaq, bir neçə kilometr irəliləməyi bacardı, düşmənin çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etdi. Məşhur “Lələtəpə” yüksəkliyini və ətraf əraziləri nəzarət altına alaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni işğalından azad etdi.
Qısamüddətli döyüş əməliyyatlarının bitməsindən dərhal sonra Cocuq Mərcanlı kəndi yenidən inşa edilərək “Böyük Qayıdışın” əsası qoyuldu. 2020- ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsini 2016-cı ilin Aprel döyüşlərinin davamı adlandırsaq heç də yanılmarıq. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, onun yaratdığı Silahlı Qüvvələrimizin qüdrəti və xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyi hesabına işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, Ermənistan ordusu aldığı zərbələrdən damadağın oldu, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 nayabr 2020-ci il tarixli üç tərəfli bəyanatın şərtinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Cəbrayıl rayonu işğal altında olan rayonlardan ən öncə azad edilmişdir. Hələ oktyabr ayının 4-də Cəbrayılın işğaldan azad olunması müjdəsini cənab Prezident İlham Əliyev şəxsən özü təqdim etmişdir.
Müharibə bitdikdən dərhal sonra cənab Prezident İlham Əliyev müvafiq dövlət qurumlarına işğaldan azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərini vaxt itirmədən aparmaq üçün lazımi tədbirlər görülməsini tapşırmışdır. Cənab Prezident İlham Əliyevin nəzarəti altında tikinti və yenidənqurma işləri yüksək sürətlə icra olunmaqdadır. Şuşada və işğaldan azad olunmuş digər rayonlarda tikinti və yenidənqurma işləri, irimiqyaslı infrastruktur layihələri icra olunmaqdadır.
Zəngilan rayonunun Ağalı qəsəbəsində “ Ağıllı kənd” layihəsinin tezliklə icra olunaraq, əhalinin həmin qəsəbəyə köçürülməsi xalqımız üçün mühüm hadisədir. Biz artıq əbədi olaraq Qarabağa qayıtmışıq. Çox keçməz işğaldan azad olunmuş bütün yaşayış məntəqələrimizdə tikilib, abadlaşar və həyat əvvəlki ahənginə qayıdar.
Qarabağda, Zəngəzurda Azərbaycandır!

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri