Icma.az
close
up
RU
İsgəndər Xəlilovdan xəbər var: Ailəsi ilə bu ölkədədir

İsgəndər Xəlilovdan xəbər var: Ailəsi ilə bu ölkədədir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Milli.Az xəbər verir ki, tanınmış azərbaycanlı iş adamı İsgəndər Xəlilovun Rusiyadan Azərbaycana qaçması, hüquq-mühafizə orqanlarının onu sıxışdırması və ofislərində axtarış aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Musavat.com-un əldə etdiyi məlumata görə, iş adamına yaxın şəxslər bildiriblər ki, İsgəndər Xəlilov hal-hazırda ailəsi ilə birlikdə Türkiyənin Bodrum şəhərində istirahət edir. Onun nə özü, nə də ailə üzvləri ilə bağlı hər hansı hüquqi problem və ya istintaq prosesi mövcud deyil.

Qeyd edək ki, son günlər Rusiya mediasında və bir sıra tirajlı teleqram kanallarında Xəlilovun oğluna məxsus olan "Railgo" şirkətinin Moskva ofisində guya hüquq-mühafizə orqanları tərəfindən axtarış aparıldığına dair məlumatlar yayılıb. Bu iddialar sonradan iş adamının özünün də guya ölkədən qaçdığı və təhlükədə olduğu barədə şayiələrin yayılmasına səbəb olub.

Lakin "Railgo" şirkətinin rəhbərliyi bu məlumatları rəsmi şəkildə təkzib edib. Şirkətin yaydığı bəyanatda bildirilir ki, 25 iyul 2025-ci il tarixində şirkətin heç bir obyektində istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib və iş prosesi normal şəkildə davam edib.

Bununla paralel olaraq, İsgəndər Xəlilovun yaxın çevrəsi də yayılan məlumatların qərəzli və dezinformasiya xarakterli olduğunu bildirib. Onlar bu cür xəbərlərin iş adamının və ailəsinin nüfuzuna xələl gətirmək məqsədi daşıdığını vurğulayıblar.

Musavat.com hazırda İsgəndər Xəlilovla eyni şəhərədə olan tanınmış bir şəxslə əlaqə yarada bilib. O deyib ki, İsgəndər Xəlilovun sıxışdırılması xəbəri həqiqətə uyğun deyil: "Az öncə onunla birlikdə idim. Kofe içdik, danışdıq. Nə özünün, nə də ailəsinin heç bir problemi yoxdur. Xeyli müddətdir ailəsi ilə birlikdə əvvəlcədən planlaşdırdığı Bodrum tətilindədir"
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyul 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri