Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

Rusiya Fransa üçün əsas təhdiddir

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

“Eşref” və “Demir” eyni layihədə

ADAU da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?

Milli Çinə rəqib oldu

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

İşi düz qursaq, 5 ilə bəhrəsini görə bilərik Millinin yeni baş məşqçisi MÜSAHİBƏ

İşi düz qursaq, 5 ilə bəhrəsini görə bilərik Millinin yeni baş məşqçisi MÜSAHİBƏ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

AFFA İcraiyyə Komitəsininnın martın 14-də keçirilən iclasında Ayxan Abbasov Azərbaycan U-21 milli futbol komandasının yeni baş məşqçisi təyin olunub. Bu təyinat milli komandada hansı dəyişikliklərə gətirəcək?
Ayxan Abbasov 2004–2005-ci illərdə “Turan"da, 2006–2007-ci illərdə "İnter"də oynayıb. 2007/08 mövsümünə  "MKT-Araz" klubunun heyətində başlayıb. Daha sonra Ağdamın "Qarabağ" klubuna keçib. "Qarabağ"da 4 il çıxış edib. 2011/12 mövsümündə "Turan"da oynayıb. A.Abbasov 2 dəfə Azərbaycan kubokunun qalibi olub.
"Zirə", "Sumqayıt", "Turan", "Şamaxı" klublarının baş məşqçisi işləyib.
Modern.az Ayxan Abbasovdan müsahibə alıb.

- Ayxan müəllim, Azərbaycan futbolunun indiki durumunu necə dəyərləndirirsiniz?

- Bugünkü Azərbaycan futbolunun mənfi və müsbət cəhətləri var. 10 il əvvəllə müqayisə etsək, bu gün irəliləyiş çoxdur. Milli komandalarda daha yaxşı nəticələr əldə edilə bilərdi. Bəzi komandaların Avroliqada uğurlu çıxışını qeyd etmək olar. Məsələn, keçən il "Zirə"nin pley-off mərhələsinə qədər qalxması, daha əvvəl "Qəbələ"nin qruplara düşməsi, "Neftçi"nin gözə çarpan inkişafı... Yəni yaxşı nəticələr çoxdur, yeni bazalar tikilir. İstərdik ki, yeni stadionlar da tikilsin. Akademiyaların meydançasının hazır olması önəmlidir, klublarımız buna daha çox önəm verməlidir. Bu yöndə bir az daha yaxşı ola bilərik. Çünki klublarımızın akademiya olması vacibdir. Hər kəs özünə akademiya deyir, amma onun ən az 2 meydançası, fitness zalları, futbolçuların inkişafı üçün zəruri şəraitə malik olması vacibdir. Dediyimiz faktorlar olarsa, daha yaxşı nəticələr əldə edəcəyik.


- Bu gün Azərbaycanda ən yaxşı futbolçu kimdir?


- Azərbaycanda bu günə kimi çox güclü futbolçular olub. İndi ad çəkmək düzgün olmaz. Amma hər dövrün öz güclü futbolçuları olub, bu günün də öz güclü futbolçuları var.
 

- AFFA-nın müvafiq qərarından sonra Premyer Liqadakı legioner limiti ləğv edildi. Buna münasibətiniz necədir?


- Neçə illər hansısa limitlər olub. Bir müddət 21 yaşa qədər limiti olub. Amma bu özünü doğrultmadı. Hər bir qərar sınaqdan keçirilir, legionerlərlə bağlı qərarın da nəticəsinə baxmaq lazımdır. Gələn mövsüm çempionatın necə keçiriləcəyinə, futbolçuların necə oynamasına baxmaq lazımdır. Legioner limiti ilə bağlı bəzi məsələlər  var. Bilirsiniz ki, meydançaya daha çox legioner buraxmaq daha çox vəsait xərcləmək demək olacaq. Klublar isə həmin məbləği qarşılaya bilməyəcək. Avtomatik olaraq hər komandada 12-13 yerli futbolçu da olacaq. 12-13 yerli futbolçu 12 legionerlə rəqabət aparacaq. Əlbəttə futbolçular üzərinə məsuliyyət düşəcək. Məşqçilər yerli futbolçulardan kim güclüdürsə, onu meydançada görmək istəyəcək. Legioner gətirilməsi o demək deyil ki, onlar hər dəfə oyuna hazır olur, güclüdürlər. Burada adaptasiya məsələsi də var, gələn legionerlər uyğunlaşmaqda problemlərlə üzləşir. Çempionatdan sonra bilinəcək ki, qərarın nəticələri necə olacaq. Ən sevindirici hal odur ki, komanda sayı 12-yə yüksəldi. Bunun özü də irəliləyişdir. Məncə, bölgələrdə futbol nə qədər çox inkişaf etsə, bunun çempionata bir o qədər xeyri dəyəcək.


- Azərbaycan U-21 milli futbol komandası ilə bağlı planlarınız nələrdir? Gəlişinizdən sonra komandada artıq canlanma hiss olunur...


U-21-ə gəlişimizi müzakirə etmişik. Federasiya ilə danışıqlar aparmışıq. Həqiqətən də yeni futbolçuların, gənclərin yetişdirilməsini istəyirik. İlk təlim məşqində olduq, seleksiyamız davam edir. Çalışacağıq ki, Azərbaycan futbolu naminə gənclərimizin daha inamlı, vətənpərvər ruhda yetişdirilməsi üçün əlimizdən nə gəlirsə, artıqlaması ilə edək.


- Bəzi futbol ekspertləri əsas milli komandfaya da yerli məşqçinin gətirilməsinin daha çox xeyir verəcəyini düşünür. Siz bu barədə nə deyə bilərsiniz?


Buna cavab verməyim bəlkə də düzgün çıxmaz. Amma deyə bilərəm ki, iş çoxdur. Yerli, yaxud xarici məşqçi də olsa, görüləsi işlər var. Qərarı verənlər əlbəttə nə etdiklərini bilirlər.
 

- Karyeranız boyunca bir neçə klubda futbolçu, daha sonra məşqçi kimi fəaliyyət göstərmisiniz. Sizcə bir futbolçu üçün ən çətin yaş aralığı neçədir?
 

- Futbolçu olmaq üçün hər yaşın öz qayda-qanunu olur. Bu gün akademiyalarımızda lazımi şərait çatışmadığı üçün biz futbolçuların həmin o yaş dövrünün keçməsində çətinlik çəkirik. Ən çətin yaş dövrü 15-19 aralığıdır. Burada bir problemlər var. Futbolçular yetkinlik yaşına çatır, düşüncələr dəyişir, hərbi xidmət məsələsi problem yaradır. Ümumən bu yöndə məşqçilərin üzərinə iş düşür. Məşqçilər həm də psixoloq olmalıdır, həm də valideynlərlə düzgün iş qurulmalıdır. Bu yaşda futbolçularla çalışmaq həqiqətən çətindir. Ona görə də akademiyalarda bu yöndə işlər düz aparılmalı, futbolçular özlərinə köklənə bilməlidirlər.


- Sizcə ölkəmizdə uşaq futbolu nə üçün inkişaf etmir? Bununla bağlı hansı təklifləri verə bilərsiniz?


- Uşaq futbolu bizdə çox aşağı səviyyədədir. Ən birinci problemimiz meydança problemidir. Bunu hamı bilir, hamı qəbul edir. Yaxın gələcəkdə uşaq futbolunun inkişafı üçün nə lazımdırsa onu etməliyik. Çünki etməsək, hansısa uğurdan danışmaq çətindir. Futbol akademiyalarının məşq meydançası çox aşağı səviyyədədir. Bu problemin həlli üçün böyük işlər lazımdır. Böyük meydançalar, böyük akademiyalar lazımdır. Məşqçilərin inkişafı üçün iş lazımdır. Ən böyük iş bizim gənc futbolçuların beynəlxalq turnirlərdə iştirakının təmin edilməsidir. Onlar bu turnirlərdə daha çox iştirak etməlidirlər. Sevindirici haldır ki, axır vaxtlar "Sabah", "Qarabağ", "Neftçin"in gəncləri turnirlərdə iştirak edir, qalib olurlar. Bunu çoxaltmalıyıq, bütün akademiyalarda bundan istifadə etməliyik. Əlbəttə bu maliyyə tələb edir, amma inanın ki, gənclər bu turnirləri gördükdə sabahkı futbol baxışı, düşüncəsi başqa cür olur.


- Bir sıra ekspertlər uşaq futbolundakı vəziyyətə görə yaxın gələcəkdə istənilən səviyyədə yerli futbolçu yetişdirməyin mümkün olmayacağını düşünürlər. Bu barədə nə deyə bilərsiniz?


- Bu gün Belarus U-21 yığmasını yaxından izləyirəm. Bu komandanı mən Belarusda təhsil aldığım vaxtlarda, 5 il öncə də görmüşdüm. Həmin vaxtlar ilk addımlarını atmağa başlamışdılar. Futbolçular bir yerdə qalır, bir yerdə oxuyurdular. Orada bölgələrə bölünmüşdülər, bölgələr üzrə 2-3 yığma komanda var idi. Bu gün görürük ki, tam başqa yerdədilər. Ümumiyyətlə biz də çəkinməməliyik. Əlbəttə birdən-birə çempion da ola bilməsək, inkişafı elə qurmalıyıq ki, ən azı digər ölkələrlə başabaş futbol oynaya bilək. Bunun üçün əlbəttə ki, gənclər lazımdır.


- Bəs sizcə neçə ilə istənilən nəticəni əldə edə bilərik?


- İşi düz qursaq, 5 ilə bunun bəhrəsini görə bilərik. Amma yenə deyirəm, 5 il dedikdə 10 yaşlı futbolçuları götürüb 5 il işləyəndə 15 yaşları olur. Onlar bu zaman öz yaşları üzrə Avropa Çempionatının elit mərhələsinə çıxa, daha yüksəklərdə yer ala bilərlər. Onların oynadığı çempionat, rəqabət önəmlidir. Bu gün biz baxaq ki, onların oynadığı çempionatlarda nə qədər rəqabət var, neçə komanda mübarizə aparır. Yəni kompleks şəklində yanaşma olmalıdır. Əgər bu olarsa, biz 5 il sonra fərqi avtomatik hiss edəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see203

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see168

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see168

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see141

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see134

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see130

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see129

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see128

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see122

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see114

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

ADAU da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?

11 İyul 2025 17:15see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri