Icma.az
close
up
RU
Azərbaycanda rayonlar birləşdiriləcək? AÇIQLAMA

Azərbaycanda rayonlar birləşdiriləcək? AÇIQLAMA

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.

Büdcə ilə bağlı əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də  rayonların optimallaşdırılmasıdır.

Qeyd edək ki, son illər struktur dəyişiklikləri nəticəsində ölkədə fəaliyyət göstərən bir neçə dövlət qurumları ləğv edilərək digər quruma birləşdirilib. Hazırda isə rayonlarla bağlı bu istiqamətdə müzakirələr davam edir. 

Qeyd edilir ki, bu prosesin həyata keçirilməsi ilə milyonlarla manat vəsaitə qənaət edilmiş olar. Hazırda Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu var. Bir çox rayon əhalisi 50-70 min nəfər arasındadır, bəziləri daha azdır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Xızı rayonunda 16.8 min nəfər, Daşkəsən rayonunda 33.4 min nəfər, Siyəzən rayonunda 42 min nəfər, Oğuz rayonunda 48 min nəfər, Zərdab rayonunda 60 min nəfər insan yaşayır.

Naxçıvan Muxtar Respublikasında da bəzi rayonların əhali sayı 30 min nəfərdən aşağıdır. Hazırda səsləndirilən təkliflər arasında rayonların sayının 64-dən təxminən 50-yə endirilməsi yer alır. 

Rayonların optimallaşdırılması ilə bağlı təkliflər reallaşarsa, müsbət nəticələr əldə etmək mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, rayonların sayının azaldılması, birləşdirilməsi bir qədər strateji qərarlara söykənməlidir: 

“Yəni hansısa yalnız büdcə məntiqinə deyil, idarəetmənin də optimallaşdırılmasına söykənməlidir. Xeyli vaxtdır təklif edirik ki, Azərbaycanda inzibati ərazi bölgüsü dəyişdirilməlidir, buna ehtiyac yaranıb.

Bizim hərbi qələbəmizdən, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasından sonra hətta zərurətə çevrilib. Azərbaycan Prezidentinin qərarı ilə Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan da daxil olmaqla 14 iqtisadi rayon yaradılıb.

Həmin 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Yəni ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac yoxdur. Bunun üçün də Konstitusiya islahatları lazımdır.  Əgər Konstitusiya islahatları, idarəetmənin təkmilləşdirilməsi kimi addımlar atılsa, daha yaxşı olar. 

Təbii ki, bu büdcə xərcləmələrinə də qənaət etmiş olar, idarəetmənin keyfiyyətini də artırmış olar. İdarəetmə daha keyfiyyətli, daha insanyönümlü olar. Belə yanaşılması daha doğrudur”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri