İşıqforun əlavə bölməsində ox işarəsi yanarkən sürücünün öhdəliyi nədən ibarətdir? BDYPİ cavablandırır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “1 sual – 1 cavab” rubrikası çərçivəsində yol hərəkəti qaydaları ilə bağlı ən çox sual doğuran və sürücülərin tez-tez qarışdıqları məqamlara aydınlıq gətirilir.
AZƏRTAC xəbər verir ki, budəfəki mövzu gündəlik hərəkətdə hər kəsin rastlaşa biləcəyi vəziyyətlə bağlıdır. Belə ki, işıqforun sarı və qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində ox işarəsi yanarsa, həmin istiqamətdə hərəkət edən sürücünün öhdəliyinin nədən ibarət olması məsələsinə aydınlıq gətirilib.
Bildirilib ki, ilk baxışdan sadə görünən bu sualın çox vaxt fərqli izahı verilir. Bəzi sürücülər hesab edir ki, əlavə ox işarəsi onların üstünlüyünü təmin edir, digərləri isə əksini düşünür. Sualın cavabı isə ondan ibarətdir ki, “Yol hərəkəti haqqında” Qanunun 76-ci maddəsinin tələbinə əsasən, svetaforun sarı və qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















