Icma.az
close
up
RU
BDYPİ sürücülərİ işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə çağırır

BDYPİ sürücülərİ işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə çağırır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İşıqforun yaşıl işıq siqnalı yalnız hərəkət hissələrinin kəsişməsi boş olduğu təqdirdə hərəkətə icazə verir

Bakı, 22 oktyabr, AZƏRTAC

Müşahidələr göstərir ki, bəzi sürücülər, xüsusilə hərəkətin sıx olduğu küçə və prospektlərdə yolun kəsişmə hissəsinə yaxınlaşarkən qarşıdakı sahədə nəqliyyat sıxlığı və ya tıxac olmasına baxmayaraq, işıqforun yaşıl işığı yandığı andaca keçid hissəsinə daxil olmağa çalışırlar. Nəticədə nəqliyyat vasitələri işıqforun növbəti siqnalı verilənədək yolayrıcında dayanmağa məcbur qalır ki, bu da digər istiqamətdən hərəkət edən avtomobillərə maneə yaradaraq süni tıxaca səbəb olur.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilir.

İdarə bir daha diqqətə çatdırır ki, işıqforun yaşıl işıq siqnalı yalnız hərəkət hissələrinin kəsişməsi boş olduğu təqdirdə hərəkətə icazə verir. Əgər sürücü kəsişməyə daxil olduqdan sonra dayanmağa məcbur qalacaqsa, yaşıl işıq siqnalı verilmiş olsa da, hərəkətə başlamaq qadağandır:”Nəzərə almaq lazımdır ki, belə qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, həm də hərəkət intensivliyinə və təhlükəsizliyə mənfi təsir göstərir”.

BDYPİ sürücülərə müraciət edərək, onları belə hallarda işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə, yalnız yolun hərəkət hissələrinin kəsişmələri açıq olduqda hərəkətə başlamağa çağırır. “Yaşıl işıq hərəkət üçün icazədir, amma tıxac varsa, səbirlə gözləmək məsuliyyətli və qanunauyğun davranışdır”, - deyə məlumatda diqqətə çatdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see223

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see204

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see176

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see159

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see138

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see133

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri