Icma.az
close
up
RU
“İslahat icmalı”: Minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq AZƏRTAC

“İslahat icmalı”: Minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı ilə 2025-ci ilin yanvar ayından reallaşacaq növbəti sosial islahatlara həsr olunan “İslahat icmalı” hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İİTKM-dən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Mərkəzin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov qeyd edib ki, 3 milyon nəfəri əhatə edəcək sosial paket 2019-cu ildən bu günədək qəbul edilən beşinci sosial islahat zərfidir. Bu yeni sosial paket əvvəlki islahatların məntiqi davamı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması məqsədini daşıyır. Sosial islahatlar əməkhaqqı artımlarını, pensiya, sosial müavinət və təqaüdlərin artırılması tədbirlərini nəzərdə tutur.

Onun sözlərinə görə, ümumilikdə, bu islahatlar çərçivəsində 700 min və daha çox vətəndaş əməkhaqqı artımlarından, təxminən 1,1 milyon nəfər pensiya artımlarından, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüdlərin artımından faydalanacaq. Bu tədbirlər xüsusilə aztəminatlı ailələr üçün əhəmiyyətli olacaq və onların maddi vəziyyətinin yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır.

E.Ələkbərov əlavə edib ki, minimum əməkhaqqı artımının iqtisadiyyatda geniş əhatəli müsbət təsir yaratması gözlənilir. 2025-ci ildən etibarən minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq.

Sosial islahatların əhatə dairəsi barədə daha geniş məlumatların əks olunduğu “İslahat icmalı” ilə ereforms.gov.az saytında İcmallar bölməsindən tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri