Icma.az
close
up
RU
Minimum əməkhaqqı artımı ümumi rifahı yüksəldəcək

Minimum əməkhaqqı artımı ümumi rifahı yüksəldəcək

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bununla iqtisadi sektorlarda maaşlar da artacaq 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı ilə 2025-ci ilin yanvar ayından reallaşan növbəti sosial islahatlara həsr olunan “İslahat icmalı” hazırlayıb.

Mərkəzin iqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bununla bağlı bildirib ki, 3 milyon nəfəri əhatə edəcək sosial paket 2019-cu ildən indiyədək qəbul edilən 5-ci sosial islahat zərfidir. Yeni sosial paket əvvəlki islahatların məntiqi davamı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması məqsədi  daşıyır. Sosial islahatlar əməkhaqqı artımlarını, pensiya, sosial müavinət və təqaüdlərin artırılması tədbirlərini nəzərdə tutur.

Elnur Ələkbərovun sözlərinə görə, 
ümumilikdə, bu islahatlar çərçivəsində 700 min və daha çox vətəndaş əməkhaqqı, təxminən, 1,1 milyon nəfər pensiya, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüd artımlarından faydalanacaq. Bu tədbirlər daha çox aztəminatlı ailələr üçün əhəmiyyətli olacaq, onların maddi vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək və müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 23-də “Əhalinin sosial rifahının 
yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib.

Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən adıçəkilən sərəncam imzalananadək isə 345 manat olub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri