Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İslam dinində haram yeməyin fəsadları

İslam dinində haram yeməyin fəsadları

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslam dinində haram yeməyin fəsadları

İnsanları aldadaraq onların halal qazanclarına əl uzadaraq yeyənlər, bu yolla var-dövlət yığanların ailələrini fəlakətlər, sonsuz əzablar gözləyir, onların nəsli uzun müddət davam etməz, son nəfəinə kimi əzablara dükar olaraq qırılar, bir nəfəri də sağ qalmaz, yığdıqları var-dövlət isə onlara qismət olmaz.

Haram yolla, onu-bunu aldadaraq var-dövlət qazananların sərvəti ilana dönərək gec-tez onları və ailəsini məhv edəcək.

Haram tikə malın bərəkətini aparır. İmam Sadiq (ə) buyurur: “Qeyri-şəri yolla mal əldə edən insanın var-dövlət onu məhv edər”. Yəni bu şəxs var-dövlətini suya-torpağa sərf edər və heç bir fayda götürməz. Sanki torpağa əmr olunub ki, onun var-dövlətini udsun.


Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur: “Çox haram yemək insanı ruzidən məhrum edər.”

Həzrət Əli (ə) buyurur: “Bir haram tikə insanı çox tikədən məhrum edər, ona və ailəsinə sonsuz fəlakət gətirər. Haram yolla var-dövlət qazananların gözləri kor olar. Bunu onlar haram yolla yığdıqları var-dövlətin ona və ailəsinə fəlakətlər gətirəndə, nəslini son nəfərinədək məhv edəndə anlayarlar, onda isə gec olar.”

İslam dinində haram yeməyin iki növ təsiri var: dünya və axirət təsirləri


1. Duaların qəbul olunmaması
Ayələrdən və hədislərdən məlum olur ki, haram yeyənin duaları qəbul olunmur. Qüdsi bir hədisdə deyilir: “Yalnız haram yeyənin duası mənim dərgahıma yetişməz.” Başqa bir hədisdə buyurulur: “Allah həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrail zalımlarına de: “Bir halda ki, haram maldan istifadə edirsiniz, evlərinizdə büt var, məni çağırmayın. And içmişəm ki, məni çağıranın duasını qəbul edim. Haramxorların duasının qəbul etməyim onlara lənət və nifrindən ibarətdir.”

İslam Peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin duası 40 gün qəbul olunmaz.”

İnsanları aldadaraq onların halal qazanclarına əl uzadaraq yeyənlər, bu yolla var-dövlət yığanların ailələrini fəlakətlər, sonsuz əzablar gözləyir, onların nəsli uzun müddət davam etməz, son nəfəinə kimi əzablara dükar olaraq qırılar, bir nəfəri də sağ qalmaz, yığdıqları var-dövlət isə onlara qismət olmaz.

Rəvayətdə deyilir: “Həzrət Musa (ə) ağlar halda əllərini səmaya açıb dua edən bir şəxs gördü. Allah tərəfindən Musaya vəhy olundu: “O nə qədər çalışsa da duası qəbul olunmaz. Çünki onun qarnında haram var...”
Bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Dualarımın qəbul olmasını istəyirəm.” Əziz Peyğəmbərimiz (s) buyurdu: “Yediklərin pak olsun, qarnına haram qida daxil etmə.” Başqa bir hədisdə həzrət (s) buyurur: “Duasının qəbul olmasını istəyən şəxs qidasını, gəlir yolunu və qazancını pak etsin.”


2. Saleh əməllərin qəbul olunmaması
Təqva saleh əməllərin qəbulu üçün şərtdir. Haramxor insan ilahi təqvanı ayaq altına aldığından onun saleh əməlləri qəbul olunmur. Çoxsaylı rəvayətlərdə bəyan olunur ki, haramxorun namazı, həcci, sədəqəsi qəbul deyil. İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Haram yeyib ibadət etmək çınqıl daş üstə ev tikmək kimidir.” Başqa bir rəvayətdə həzrət Peyğəmbər (s) digər səmavi kitablardan belə nəql edir: “Haram yeyib xeyir iş görmək xəlbirlə su daşımaq kimidir.”
Bir rəvayətdə İslam peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin 40 gecə namazı qəbul olmaz. Bədəninin haramdan yaranan yeri oda daha çox layiqdir. Çünki bir tikədən də ət yaranır.” Həzrət Peyğəmbər (s) haram tikənin həccə təsirini elə şəkildə bəyan edir ki, insan lərzəyə gəlir. Həzrət (s) buyurur: “Hər kəs haram malla həccə getsə və “ləbbəykə Allahummə ləbbəykə” deyərək Allahı eşitdiyini bildirsə, Allah ona buyurar: “La ləbbəykə və la sədəykə”, yəni bu həcc sənin özünün olsun!”
İslamda sədəqə ən üstün əməllərdən sayılır. Amma şərt budur ki, insan halal maldan sədəqə versin. Haram maldan sədəqə verən insan haqqında Peyğəmbər (s) buyurur: “Bir şəxs haram qazanc əldə etsə Allah onun sədəqəsini qəbul etməz, qul azad etməyin, həcc və ümrəsinin savabını verməz. Allah gördüyü işlər həddində ona günah yazar. Ölümündən sonra ondan qalan şeylər oda doğru hərəkətində azuqəsi olar.”
Ağzına qoyduğun haram bir tikə
Əlbət ki, ruhuna salası ləkə.
Əlinlə əkdiyin bu şər toxumu
Şəksiz, savabların qırar çoxunu
İbadətlərini alar əlindən,
Din evinə dolar ağrı, qüssə, qəm.
Çeşidli süfrəyə uzadanda əl
Yaxşı düşün, sonra qalma məəttəl.
3. Daşqəlblilik
İslam elmlərində və təcrübi elmlərdə sübuta yetirilmişdir ki, insanın qəbul etdiyi qida təkcə onun bədəninə yox, həm də ruhuna təsir göstərir. Zəhərli qida insan orqanizminə mənfi təsir göstərdiyi kimi haram tikə də insan ruhunu puça çıxarır. Bütün niyyətlər insan qəlbindən qaynaqlanır. Qəlb insanın komandanlıq mərkəzidir. Pak qəlb xeyir işlərə, çirkin qəlb isə haram işlərə sövq edir.
Kərbəlada imam Hüseyn (ə) İbn Səd qoşununa üz tutaraq buyurur: “Qarınlarınız haramla dolub, qəlbləriniz möhürlənib. Vay olsun sizə, yoxsa insafınız kəsilib, eşitmək gücünüz yoxdur?!”
4. Tövbənin qəbul olmaması
Haram malın mənfi təsirlərindən biri də tövbənin qəbul olunmamasıdır. “Nəhcül-bəlağə”də nəql olunur ki, bir şəxs həzrət Əlinin (ə) hüzurunda diqqət yetirmədən “əstəğfirullah” söylədi. Həzrət (ə) buyurdu: “Anan əzanda otursun, bilirsənmi istiğfar nədir? İstiğfarın altı şərti var...” Həzrət Əli (ə) istiğfarın (tövbənin) beşinci şərtini belə bəyan edir: “(Beşinci şərt budur ki,) haramdan yaranmış ətini nigarançılığınla əridəsən. Belə ki, onun yerinə təzə ət gələ.” (Nəhcül-bəlağə, h.417.)


5. İlahi tövfiqdən (yardımdan) məhrum olmaq
Böyük şəxsiyyətlərdən birinin dilindən belə nəql olunur: Qəribə bir haldaydım. Gecə namazından, namazı əvvəl vaxtda qılmaqdan, ümumiyyətlə, ibadət ləzzətindən məhrum olmuşdum. Düşünürdüm ki, axı nə üçün? Nə qədər ağlayırdımsa, nalə çəkirdimsə təsiri olmurdu. Nəhayət, yuxuda mənə deyildi: “Haram xurma yeyən kəs ibadətdən ləzzət almaz.” Yuxudan oyandım. Yadıma düşdü ki, dükandan xurma alanda xurmaların arasında biri yetişməmişdi. Mən dükan sahibindən icazəsiz həmin xurmanı dəyişdim.”

6. Digər günahlara sövq olmaq

Haram tikə insanı addımbaşı digər günahlar görməyə də sövq edər, onu və ailəsini fəlakətlərə sürükləyər.
7. Bərəkətsizlik
Haram tikə malın bərəkətini aparır. İmam Sadiq (ə) buyurur: “Qeyri-şəri yolla mal əldə edən insanın var-dövlət onu məhv edər” Yəni bu şəxs var-dövlətini suya-torpağa sərf edər və heç bir fayda götürməz. Sanki torpağa əmr olunub ki, onun var-dövlətini udsun.
Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur: “Çox haram yemək insanı ruzidən məhrum edər.”

Həzrət Əli (ə) buyurur: “Çox olar ki, bir tikə insanı çox tikədən məhrum edər.”

Axirət təsirləri

Müxtəlif rəvayətlərdə haram yeyənə müxtəlif axirət əzabları vəd olunur. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Haramxorun daxilində od qalanması
İslam Peyğəmbəri (s) buyurur: “İnsanın oğurladığı şey qiyamət günü oddan olan boyunbağı ilə boynundan asılar. İnsan haram yesə qəbirdən qaldırıldığı vaxt daxilində od alovlanar. Bu od şölələrindən hamını qorxudan səs ucalar. Nəhayət, Allah bəndələr arasında hökm verər.”

2. Behiştə girişə qadağa

Əziz İslam Peyğəmbəri (s) buyurur: “Kəb ibn Əcrə, haramdan yaranmış ət heç vaxt behiştə daxil olmaz.” Digər bir rəvayətdə həzrət (s) buyurur: “Əti napak olan kəs heç vəchlə behiştə daxil olmaz. (Napak ətin nə olması barədə soruşulduqda həzrət (s) buyurur.) Elə bir ət ki, haramdan cücərmiş (yə’ni, yaranmış) olsun.”

3. Cəhənnəm oduna yaxınlaşmaq.

İslam Peyğəmbəri (s) haramxor insanın ətini oda layiq bilir: “Əti haramdan cücərmiş kəsə od daha çox layiqdir.”


4. Hesab zamanı pərişanlıq
Həzrət Peyğəmbər (s) haram yeməyi hesab zamanı qəm-qüssə səbəbi kimi təqdim edir: “Dörd şeyə sevinən insan dörd şeyə qəmlənər... Haram mal yeməkdən xoşhal olan insan hesab zamanı qəm-qüssəyə qərq olar.”

5. Sirat körpüsündən keçə bilməzlər

Həzrət Peyğəmbər (s) buyurur: “ Haram yeyənlər Sirat körpüsündə bir addım da ata bilməz ”.

Hazırladı: Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 10 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri