Icma.az
close
up
RU
İslam İnkişaf Bankının nümayəndə heyəti Qarabağa səfər edib

İslam İnkişaf Bankının nümayəndə heyəti Qarabağa səfər edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şuşa, 8 may, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara aparılan bərpa quruculuq işləri, eyni zamanda, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Səfər çərçivəsində Ağdam Sənaye Parkına gələn nümayəndə heyəti burada elektrik paylayıcı avadanlıqlar və elektrik yuvalarının, eləcə də tütün məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə istehsal prosesi ilə tanış olublar. Sahibkarlarla görüşdə istehsal potensialının artırılması və ixracyönümlü inkişaf perspektivləri müzakirə edilib. Dayanıqlı iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində İslam İnkişaf Bankı ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının artıq 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye parkının rezidentləri qeydiyyat tarixindən 10 il müddətinə, əmlak, torpaq və mənfəət vergilərindən azaddır, idxal olunan texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumu ödənilmir. Həmçinin sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə təhsil və sosial infrastruktur sahəsində görülən işlərlə tanışlıq çərçivəsində Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası, eləcə də, özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar. Təhsil və sosial müəssisələrdə yaradılmış müasir infrastruktur, tətbiq edilən innovativ yanaşmalar və uşaqların hərtərəfli inkişafı üçün formalaşdırılmış imkanlar diqqətə çatdırılıb.

Şuşaya səfər zamanı qonaqlar şəhərin tarixi-mədəni abidələri ilə tanış olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.

Nümayəndə heyəti, həmçinin Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanış olub. Qeyd edilib ki, universitet regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm potensiala malikdir.

Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və formalaşdırılan əlverişli investisiya mühitinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, İslam İnkişaf Bankı Qrupu ilə sənaye, təhsil, sosial infrastruktur və sahibkarlığın inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Müxbir - Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri