İslam İnkişaf Bankının rəsmiləri Xankəndidə FOTO
Icma.az, Modern.az saytına istinadən bildirir.
Mayın 8-də İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətini iqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və Təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Səfər çərçivəsində qonaqlar, Qarabağ Universiteti və Qarabağ Klinikası ilə tanış olublar.
Qarabağ Universitetində nümayəndə heyəti tələbələrlə görüşərək, onların təhsil prosesi, yaradılan şərait və gələcək hədəfləri ilə maraqlanıb.
Qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təhsil və səhiyyə sahələrində icra olunan layihələr barədə ətraflı məlumat verilib.
Səfər, azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesinə beynəlxalq marağın və əməkdaşlığın genişləndirilməsi baxımından müsbət qiymətləndirilib.
Baxış sayı:197
Bu xəbər 08 May 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















