Icma.az
close
up
RU
Nazirlikdə İslam İnkişaf Bankının nümayəndə heyəti ilə GÖRÜŞ

Nazirlikdə İslam İnkişaf Bankının nümayəndə heyəti ilə GÖRÜŞ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İslam İnkişaf Bankı Qrupunun ölkə üzrə əməliyyatlar meneceri, missiya rəhbəri Muhammad Sulaimanın rəhbərlik etdiyi qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyası üzrə təklif olunan strateji istiqamətlər və prioritetlər, ilkin missiya çərçivəsində müəyyən edilmiş məsələlər, kənd təsərrüfatı sahəsində mümkün əməkdaşlıq və potensial layihələr portfeli müzakirə edilib və növbəti əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İlhamə Qədimova İslam İnkişaf Bankının Azərbaycanla uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirib. Mövcud əməkdaşlığın yeni layihələr və təşəbbüslərlə daha da genişləndirilməsi üçün bu missiyanın əhəmiyyətini vurğulayıb. Nazir müavini əməkdaşlığın uğurlu nümunələrindən biri kimi Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında həyata keçirilən Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsini qeyd edib. Bildirib ki, layihə kənd yerlərində gəlirlərin artırılması, kənd təsərrüfatı infrastrukturunun inkişafı, eləcə də suvarma və drenaj xidmətlərinin təkmilləşdirilməsinə töhfə verib.

Nazir müavini “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sektorun qarşıdakı illərdə inkişaf prioritetlərini və əsas hədəflərini müəyyən etdiyini diqqətə çatdırıb.

İlhamə Qədimova İslam İnkişaf Bankı ilə iqlimə davamlı kənd təsərrüfatı, müasir suvarma və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatının maliyyələşdirilməsi və risklərin idarə olunması, rəqəmsal kənd təsərrüfatı və süni intellekt, dəyər zəncirlərinin inkişafı, emal və soyuq zəncir infrastrukturu, heyvandarlıq, balıqçılıq və akvakultura, eləcə də aqrar tədqiqat, təhsil və digər istiqamətlərdə əməkdaşlıq üçün böyük potensial olduğunu bildirib. Qeyd olunan istiqamətlər üzrə maliyyə və texniki dəstək, texnologiya və bilik imkanlarının səfərbər edilməsinə, fermerlər və kənd icmaları üçün real və ölçülə bilən nəticələr yaradacaq layihələrin hazırlanmasına maraq göstərdiklərini diqqətə çatdırıb.

İslam İnkişaf Bankı Qrupunun ölkə üzrə əməliyyatlar meneceri, missiya rəhbəri Muhammad Sulaiman Azərbaycanın kənd təsərrüfatı sahəsində süni intellekt tətbiqlərini yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın kənd təsərrüfatında tətbiq etdiyi innovativ yanaşmaların digər üzv ölkələrdə tətbiqinin əhəmiyyəti barədə danışıb. O, həmçinin əməkdaşlıq çərçivəsində yeni layihələrin hazırlanmasını təklif edib. Muhammad Sulaiman həyata keçirilən mövcud layihələrin kənd təsərrüfatı infrastrukturunun inkişafına, gəlirlərin artmasına və digər sahələrin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Tərəflər əməkdaşlığın növbəti istiqamətləri və potensial layihələrin dəqiqləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri