İslam Maxaçev sambo idmanı ürə rəsmi səfir təyin edilib
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyalı UFC çempionu İslam Maxaçev fevralın 18-də Moskvadakı “Luijniki” arenasında yerləşən Beynəlxalq Sambo Mərkəzində Vasili Şestakovla görüşüb.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Sambo Federasiyasının (FIAS) rəhbəri olan Vasili Şestakov İslam Maxaçevi sambonun rəsmi səfiri təyin olunduğunu açıqlayıb.
Görüşdə həmçinin idmançıya təşkilatın xatirə nişanını və üzərində onun soyadı, adı və atasının adı yazılmış gödəkçə təqdim edib.
V. Şestakov bildirib ki, UFC çempionunun sambonun inkişafında iştirakı bu idman növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinə töhfə verə bilər.
Onun sözlərinə görə, İslam Maxaçev sambonun dünya idmanında ən yüksək zirvələrə aparan yol açdığını göstərən parlaq nümunədir. Sambo xalçasındakı qələbələrdən UFC çempionluğuna qədər uzanan karyerası milyonlarla insan üçün ilham mənbəyidir.
FIAS rəhbərliyi Maxaçevin sambonun populyarlaşmasına verdiyi töhfəni yüksək qiymətləndirərək ona “Dünyada sambo səfiri” fəxri adını təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Fevral 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















