Icma.az
close
up
RU
İslam ölkələrinə çağırış Vahid ordu real ola bilərmi?

İslam ölkələrinə çağırış Vahid ordu real ola bilərmi?

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraqın Baş naziri Məhəmməd əs-Sudani İsrailin Qətərə hücumunu beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib və bunun region üçün ciddi təhlükə yaratdığını bildirib. Baş nazirin fikrincə, islam ölkələrinin birgə siyasi, iqtisadi və hərbi ittifaq qurmasına heç bir maneə yoxdur. Xüsusilə, Baş nazir ortaq islam təhlükəsizlik qüvvələrinin yaradılması məsələsinə  diqqət çəkib. Belə bir şəraitdə vahid ordu yaratmaq ideası real görünürmü? Bu təşəbbüs Yaxın Şərqdəki mövcud hərbi və siyasi balansı necə dəyişə bilər? Tarixən dəfələrlə gündəmə gələn, lakin baş tutmayan  “İslam ordusu” ideyası bu dəfə reallaşa bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, vahid İslam ordusu yaratmaq təşəbbüsü populist bir çıxışdır. Onun sözlərinə görə, belə bir ordu yaransaydı,  bu, Yaxın Şərq və ümumilikdə İslam coğrafiyası üçün çox müsbət bir tendensiya olardı:

“Əvvəla, bunun reallaşmama səbəbi nədir? Birincisi, dünyada din ideologiyası əsasında hərbi birləşmə yaratmaq təcrübəsi yoxdur. Bu, yalnız orta əsrlərdə olub. Məsələn, xristianlarda müxtəlif ordenlər – xəstəxana rahibləri, Tevton ordeni, Livoniya ordeni və başqa adlarla birləşmələr  mövcud olub. Amma onlar da özünü doğrultmadı. Ümumiyyətlə, din və ordu anlayışının birləşməsi çox təhlükəlidir. Burada artıq “cihad” anlayışı, yaxud da  “xaç yürüşləri” ideası ortaya çıxır. İslam coğrafiyasında belə bir ordunun yaranması – dinin birləşdirici amil olması – ilk problemi yaradacaq. Çünki həm Qərb bunu təhdid kimi görəcək, həm də digər dinlərin nümayəndələri üçün bu təhlükə sayılacaq.

Digər məsələ isə İslam dininin özündə kifayət qədər pərakəndəlik olmasıdır. İslam dinində  fərqli məzhəblər, məzhəbdaxili təriqətlər və müxtəlif ideologiyalar mövcuddur. Təsadüfi deyil ki, Yaxın Şərq dövlətlərinin birləşə bilməməsinin ən önəmli səbəbi məhz din amilidir. Normalda İslam dini dövlətləri birləşdirib vəhdət içində hərəkət etdirməli idi, amma müasir dövrdə əksinə, din adı altında insanlar məhzəblərə  bölünüb.

Məsələn, belə bir təşəbbüs reallaşarsa, İran burada yer almayacaq, çünki özü şiə məzhəbinə mənsubdur, digərləri isə sünnidir. İraqın özündə “Həşdi Şabi” adlı radikal silahlı qruplaşmalar mövcuddur. Livanda “Hizbullah”, Yəməndə isə husilər fəaliyyət göstərir. Yəni şiə ölkələrinin sünnilərlə birlikdə vahid ordu içərisində olması onsuz da mümkün deyil”.

Politoloq qeyd edib ki, İslam ordusunun yaradılacağı təqdirdə ilk növbədə xarici faktorların reaksiyası nəzərə alınmalıdır:

“Amma daxili faktorlar da özlüyündə belə bir təşəbbüsün reallaşması üçün ciddi maneə yaradır. Tutaq ki, İslam ölkələri ordu yaratmağa müəffəq oldu, amma bu zaman xarici təsir məsələsi ortaya çıxacaq. ABŞ və digər qüvvələrin belə bir birləşməyə qarşı çıxması gündəmə gələcək. Türkiyə uzun illərdir buna çalışır, amma nəticə əldə olunmur. Nəzərə almaq lazımdır ki, Türkiyənin özü NATO-nun üzvüdür. Yəni göründüyü kimi, NATO yalnız xristian dövlətlərindən ibarət hərbi alyans deyil. Bu baxımdan İslam ölkələrinin belə bir addım atması çətin görünür və inandırıcı deyil.

Bəs Yaxın Şərqdə NATO-ya bənzər bir hərbi təşkilat yarana bilərmi? Bəli, yarana bilər. Bu nə vaxt mümkün ola bilər? O halda ki, “İbrahim sazişləri” uğurla başa çatsın, Ərəb ölkələri ilə İsrail arasında yaxınlaşma baş versin və mövcud münaqişələr aradan qalxsın. O zaman bu ərazidə yeni NATO-ya bənzər bir model yarana bilər. Amma bu da hələ ki, riskli görünür. İsrailin Livanda, Yəməndə və bütövlükdə İrana qarşı apardığı əməliyyatlar, habelə son Qətərə endirilən zərbələr göstərir ki, bu ölkələr İranla belə bir təşəbbüsdə yer almaq istəmirlər. Belə destruktiv və aqressiv addımlar region ölkələrini İsrailə qarşı qəzəbləndirir. Amma İsrailə qarşı vahid mövqeyin formalaşması da ümumiyyətlə mümkün deyil. Çünki həmin ölkələrin öz maraqları var və İsraillə müəyyən münasibətlər sistemi mövcuddur. Yəni qəribə bir balans yaranıb. Amma ümumilikdə götürsək, belə bir ordunun yaradılacağını real görünmür”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri