Icma.az
close
up
RU
İslamabad nə planlaşdırır? ABŞ İran danışığında növbəti gedişat

İslamabad nə planlaşdırır? ABŞ İran danışığında növbəti gedişat

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə baş verən son proseslər göstərir ki, region təkcə hərbi qarşıdurma meydanı deyil, həm də yeni diplomatik güclərin formalaşdığı bir platformaya çevrilməkdədir. Bu kontekstdə Pakistan artıq ənənəvi passiv müşahidəçi rolundan çıxaraq, böhranın idarə olunmasında fəal və təşəbbüskar aktor kimi önə çıxır.

İslamabadın yeni diplomatik xətti: “müharibənin qarşısını alma diplomatiyası”
Aprelin 8-də İslamabad şəhərində ABŞ-la İran arasında keçirilən ilk danışıqlar raundu formal nəticə verməsə də, strateji baxımdan mühüm dönüş nöqtəsi oldu. Bu görüş tərəflərin “qırmızı xətlərini” və mümkün kompromis sahələrini müəyyənləşdirməsi ilə yadda qaldı.
Əsas mübahisə mövzusu  İranın nüvə proqramı və uranın zənginləşdirilməsi məsələsi üzrə razılıq əldə olunmasa da, iki həftəlik atəşkəsin qorunması diplomatiyanın hələ də işlədiyini göstərdi. Bu isə İslamabadın əsas məqsədinin – müharibənin qarşısını almaq real nəticə verdiyini nümayiş etdirir.
Pakistan burada klassik vasitəçi deyil. O, prosesi idarə etməyə çalışan, tərəflər arasında “etimad körpüsü” quran yeni regional oyunçu kimi çıxış edir.

Ankara–Qahirə–İslamabad oxu: yeni diplomatik koalisiya
Regionda diqqət çəkən əsas məqamlardan biri də Türtkiyə, Misir və Pakistan arasında formalaşan qeyri-rəsmi diplomatik koordinasiyadır. Bu üçlük Yaxın Şərqdə böhranların həllinə yönəlmiş alternativ platforma yaradır. Rəcəb Tayyib  Ərdoğan rəhbərliyində Ankara həm siyasi, həm də təhlükəsizlik müstəvisində aktivdir. Qahirə regionda balanslaşdırıcı aktor rolunu qoruyur. İslamabad isə vasitəçi və təşəbbüskar kimi çıxış edir.
Antalyada keçirilən forum çərçivəsində bu ölkələrin xarici işlər nazirlərinin görüşü, əslində, yeni regional təhlükəsizlik arxitekturasının ilkin konturlarını formalaşdırır.
Bu əməkdaşlıq modeli Qərb mərkəzli diplomatiyaya alternativ olaraq region ölkələrinin öz problemlərini özlərinin həll etməsi ideyasını gücləndirir.

Tehran xətti və hərbi-diplomatik sintez
Pakistanın prosesdəki rolunu gücləndirən mühüm amillərdən biri də onun həm siyasi, həm də hərbi kanallar vasitəsilə paralel diplomatiya aparmasıdır. Bu çərçivədə Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin Tehrana səfəri xüsusi əhəmiyyət daşıyır.
O, Mühəmməd Baqer Qalibaf və digər yüksək səviyyəli rəsmilərlə görüşərək növbəti danışıqlar raundunun vaxtının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıb. Bu, Pakistanın sadəcə diplomatik vasitəçi deyil, həm də təhlükəsizlik zəmanətçisi kimi çıxış etdiyini göstərir. Eyni zamanda İran rəsmilərinin Pakistan vasitəsilə Vaşinqtona mesajlar ötürməsi İslamabadın etibarlı kommunikasiya kanalı rolunu daha da möhkəmləndirir.

Şahbaz Şərifin regional turnesi: diplomatik hücum strategiyası
Pakistanın Baş naziri Şahbaz Şərifin region ölkələrinə səfərləri bu strategiyanın tərkib hissəsidir. Onun Qatar əmiri Tamim bin Hamad Al Tani ilə görüşü göstərir ki, İslamabad təkcə ABŞ–İran xəttində deyil, bütövlükdə Körfəz regionunda sabitliyin təmin olunmasına çalışır.
Bu səfərlər bir neçə əsas məqsədə- regional konsensusun formalaşdırılması, enerji və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, müharibə riskinin minimuma endirilməsi xidmət edir. Baş nazir Şərifin Səudiyyə Ərəbistanı və Türkiyəni əhatə edən diplomatik marşrutu isə Pakistanın genişmiqyaslı koordinasiya mərkəzinə çevrildiyini göstərir.

Yeni reallıq: Pakistan “oyun qurucu”ya çevrilir
Mövcud vəziyyət göstərir ki, Pakistan artıq yalnız Cənubi Asiya ölkəsi deyil, Yaxın Şərqdə geosiyasi proseslərə təsir edən mühüm aktora çevrilir. Onun əsas üstünlükləri ABŞ və İranla paralel münasibətlər saxlaması; hərbi və siyasi alətləri sinxron istifadə etməsi; region ölkələri ilə koordinasiyalı diplomatiya aparmasıdır. İslamabadın əsas strateji hədəfi isə aydındır: münaqişənin qlobal və geri dönməz müharibəyə çevrilməsinin qarşısını almaq.

Qlobal böhranın qarşısını ala biləcək model
Bu gün Yaxın Şərqdə formalaşan yeni diplomatik dinamika göstərir ki, münaqişələrin həlli yalnız böyük güclərin iradəsindən asılı deyil. Regional aktorların koordinasiyalı fəaliyyəti daha effektiv nəticə verə bilər.
Pakistanın təşəbbüsü ilə başlayan proses hələlik kövrək olsa da, düzgün idarə olunarsa, bu model gələcəkdə digər regional böhranların həlli üçün də nümunəyə çevrilə bilər.
Əgər ikinci raund danışıqlar baş tutarsa və atəşkəs uzadılarsa, bu, təkcə diplomatik uğur deyil, həm də qlobal təhlükəsizlik baxımından kritik dönüş nöqtəsi olacaq.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri