Icma.az
close
up
RU
İslamda evlilik yaşı nə 18, nə 17, nə də 22 dir İlahiyyatçıdan ETİRAZ

İslamda evlilik yaşı nə 18, nə 17, nə də 22 dir İlahiyyatçıdan ETİRAZ

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Yaxın günlərdə xəbər verdiyimiz kimi, İraqda doqquz yaşlı qızlarla nikaha icazə verilib.

İraqda əksər hallarda evlənmək üçün minimum yaş həddi 18 yaş müəyyən edilib. Bununla belə, dəyişikliklər din xadimlərinə “İslam qanunlarını şərhlərinə uyğun olaraq” qərar qəbul etməyə imkan verəcək. Din xadimlərinin bəziləri hesab edir ki, qızlar “erkən yeniyetməlik çağında” və ya doqquz yaşından ərə gedə bilərlər.

Bəs, həqiqətən də din 9 yaşlı qız uşağının evliliyinə icazə verirmi?

Məsələ ilə bağlı News24.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu hadisəni eşidən-bilən hər kəs kifayət qədər tədirgin olub, narahatlıq keçirdib. 

Onun sözlərinə görə, müsəlman ölkələrində bu kimi qərarların qəbul edilməsi İslamla, Quranla, dinlə bağlı olan məsələ deyil.

Ağa Hacıbəyli

"Ümumiyyətlə, uca dinimizin prinsiplərində konkret yaş məhdudiyyəti və yaxud senzi məsələsi yoxdur. Qurani-Kərimin "Nisa" surəsi var ki, xanımlarla bağlıdır. "Nisa" surəsinin 6-cı ayətində Rəbbimiz rüşd kəlməsini işlədir. Rüşd kəlməsi, əslində, yetkinlik yaşı, bir insanın ağıllı, təfəkkürlü, sərbəst qərar verməsi halını ifadə edir. Bu o deməkdir ki, İslam dininin bir bəydən və yaxud xanımdan istədiyi, tələb etdiyi o böyük məsuliyyət - yetkinlik tələbidir. Yəni, ailənin yaşı məsuliyyyət və yetkinlikdir, rüşd çağıdır. Nə 18, nə 17, nə də 22 yaşdır.

Bu gün dünyada da, ölkəmizdə də bu yaş 18 olaraq təyin olunub. Ancaq deyilmir ki, bir xanım 18 yaşına çatıbsa, mütləq ailə qurmalıdır", - deyə o qeyd edib.

İlahiyyatçı vurğulayıb ki, İraqda kaş 8 yaşında, 10 yaşında uşaqların təhsilə, karyeraya, elmə yiyələnməsi, böyük üniversitetlərdə oxuması üçün bir qərar qəbul ediləydi. 

"Kaş ki, Quranın enən ilk ayəsinin qərarı veriləydi. Ancaq təəssüflər olsun ki, Quranda təyin olunmamış bir yaş senzini belə cəmiyyətlərdə İslam adına yaymaq həqiqətən də qorxunc və təhlükəlidir. Bu kimi hallar İslamla yox, həmin cəmiyyətlərin, ölkələrin sosial, isqitsadi, eyni zamanda, mədəni dəyərləri ilə bağlıdır. Bu cür qərarlar İslamın adı ilə bağlamaq dinə ləkədən başqa bir şey deyil", - deyə o əlavə edib.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri