İslamofobiya kimi ayrı seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır İƏT RƏSMİSİ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
İslamofobiya, ksenofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır. SİA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə müavini Yusif Məhəmməd Aldobiy (Yousef Mohammed S. Aldobeay) Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
O qeyd edib ki, bu cür tədbirlər beynəlxalq hərəkatı təşviq edərək maarifləndirməyə təkan verir:
“İslamofobiya əleyhinə tədbirlər beynəlxalq məlumatlanma baxımından çox əhəmiyyətlidir və Azərbaycan da buna xüsusi diqqət yetirir. İƏT adından təşkilatçılara təşəkkür edirik. Belə konfranslar həyati əhəmiyyət daşıyır. Mövcud vəziyyət əməkdaşlığımızı genişləndirməyi zəruri edir.
Fikrimcə, bu cür ayrı-seçkilik halları barədə məlumatlılığı artırmaq üçün təhsil proqramları hazırlamalıyıq. Biz həm beynəlxalq, həm də regional təşkilatlarla bu istiqamətdə birgə çalışmağa hazırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 May 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















