İslandiya millisinin kapitanı Azərbaycanla matç haqda: 6:0 hesabını görmək istəyərdim
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
İslandiya millisinin kapitanı Hakon-Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun ilk turunda Reykyavikdə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.
Sportal.az “433.is” portalına istinadən xəbər verir ki, island futbolçu millimiz barədə bunları danışıb:
"Hesab 5:0 olanda daha da yaxşı oynamaq çətindir. Düzünü desəm, İsak Yohannessonun het-trik etməsini və 6:0 hesabını görmək istəyərdim. Bu, evdə çox güclü oynadığımız matç idi. Azərbaycan ən yaxşı komanda deyildi, biz hələ də Ukrayna və Fransaya qarşı oynamalıyıq. O görüşlərdə də yaxşı olmalıyıq. Azərbaycanın vaxt aparmasına gəldikdə, bu cür komandalar belə addımlar atırlar. Onlar vaxt aparırdılar. Fasilə ərəfəsində qol vurmaq çox vacib idi və biz bunu etdik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















