Icma.az
close
up
RU
İslandiya millisinin keçmiş baş məşqçisi: Azərbaycanda oynamaq heç vaxt asan olmur EKSKLÜZİV MÜSAHİBƏ

İslandiya millisinin keçmiş baş məşqçisi: Azərbaycanda oynamaq heç vaxt asan olmur EKSKLÜZİV MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 noyabr, Cavid Əliyev, AZƏRTAC

2020-2023-cü illərdə futbol üzrə İslandiya millisinin baş məşqçisi olmuş Arnar Vidarsson AZƏRTAC-a eksklüziv müsahibə verib.

- İslandiya millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, İslandiya bu oyunda bir qədər güclü tərəf kimi görsənir. Komandanın son vaxtlardakı çıxışı yaxşı təsir bağışlayır. Yığmanın strukturu və mentaliteti də möhkəmdir. İslandiya hələ də onu tanıdan nizam-intizamı, mükəmməl oyun quruluşunu və güclü iş etikasını qoruyub saxlayır. Əgər diqqətli və intizamlı oynasalar, müsbət nəticə əldə etmək şansları böyükdür.

- Bakıda keçirilən oyunlarda rəqiblər müəyyən çətinliklər yaşayır. Necə düşünürsünüz, İslandiya da bu çətinliklə qarşılaşa bilərmi?

- Tamamilə doğrudur. Azərbaycanda oynamaq heç vaxt asan olmur. Uzun səyahət, azarkeşlərin dəstəyi və stadiondakı ab-hava matçın gedişatına ciddi təsir göstərə bilər. Buna görə də, heç nə əvvəlcədən planlaşdırıldığı kimi olmur. Məncə, komandanız doğma meydanda daha intizamlı olacaq. Onlar xüsusilə də müdafiədə diqqətli olacaqlar. Tempi nəzarətdə saxlamağa və riskli səhvlərdən qaçmağa çalışacaqlar. Hücumda isə əsasən əks-hücum imkanlarını axtaracaqlar. İlk görüşdə 5:0 hesablı nəticənin təkrarlanacağını düşünmürəm. Çünki həmin vaxt oyun tamamilə fərqli şəraitdə keçmişdi. Yeni məşqçi və ev üstünlüyü Azərbaycanı yığmasını daha əzkmar oynamağa sövq edəcək.

- Bəs, sabiq komandanızın bu görüşdəki üstünlükləri nələr ola bilər?

- Səbir və hərəkətlilik. Sıx müdafiəni yarmaq asan deyil, bu səbəbdən standart vəziyyətlər həlledici ola bilər. İslandiya bu qarşılaşmaya yaxşı fokuslanmalıdır. Favorit görünsələr də, Azərbaycan millisi son nəticələrdən sonra daha aqressiv mübarizə aparacaq. Reykyavikdəki matçdan fərqli olaraq, Bakıda daha qapalı qarşılaşma izləyəcəyik.

- Maraqlıdır, hesab təxminləriniz var?

- Görüşün təxminən 1:0 və ya 2:1 hesabı ilə başa çatacağını gözləyirəm. Əgər İslandiya erkən qol vursa, oyun dəyişəcək. Amma Azərbaycan müdafiədə möhkəm qalsa, bu dəfə daha gərgin və balanslı qarşılaşma izləyəcəyik.

- Azərbaycan millisində baş məşqçi dəyişikliyi baş verib. Portuqaliyalı mütəxəssis Fernandu Santuşu Ayxan Abbasov əvəzlədi. Bu təyinat yığmaya nə dərəcə fayda verəcək?

- Yeni məşqçinin gəlişi hər şeyi dəyişir. O, komandaya yeni enerji və motivasiya gətirir. Bu təyinat futbolçular üçün yeni başlanğıc, özlərini sübut etmək imkanı deməkdir. Əlbəttə, Ayxan Abbasova müəyyən vaxt lazım olur. Oyunçuları yoxlamaq, onlar arasında seçim etmək həftələr, hətta aylar alır. Keçid dövründə qeyri-sabit nətcələr ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri