Icma.az
close
up
RU
İsmail Cingöz: Türkiyə PYD və YPG nin Suriya ordusuna ayrılıqda daxil olması üçün addımlar atır

İsmail Cingöz: Türkiyə PYD və YPG nin Suriya ordusuna ayrılıqda daxil olması üçün addımlar atır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özünüləğv qərarı verən PKK terror təşkilatının Suriyadakı qanadı YPG də buraxılacaq. Bu barədə türkiyəli jurnalist, keçmiş millət vəkili Şamil Təyyar məlumat verib. Jurnalist bildirib ki, YPG-nin kitabı bağlanmaq üzrədir. Suriya mərkəzi hökumətinin İŞİD üzvlərinin saxlandığı həbsxanalara nəzarəti YPG-dən almaq səyləri Prezident Ərdoğanla əldə olunan razılaşmanın nəticəsidir.

 Şamil Təyyar YPG-nin bu çərçivədə tədricən qüvvələrini bölgədən (Türkiyə ilə sərhəd ərazilərindən) geri çəkəcəyini söyləyib: “YPG Suriya ordusuna inteqrasiya ediləcək, hazırda bunun üzərində iş gedir. Bu, YPG-nin müstəqil dövlət qurmasına və ya muxtariyyət qazanmasına yol açacaq addımlar olmayacaq”.



Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a söyləyib ki, PKK rəhbərinin özünü ləğviylə bağlı konqres düzəlməlidir fikrindən sonra qruplaşma daxilindən fərqli açıqlamalar gəldi:


“Lakin PKK bir qruplaşmadan ibarət deyil, onun içərisində YPG, PYD, SDG, KCK, PJAK kimi İran, Suriya və Ermənistanda müxtəlif strukturlar var. Digər tərəfdən PKK açıqlamasında bütünlüklə silahı yerə qoyuruq deməyib. Belə olan halda isə açıq qapının olduğu göz önündədir. Gələcək zamanda PKK içərisindən silahı buraxmamaq və münaqişəyə davam etmək istəyən qrupların olma ehtimalı var. Suriyadakı PYD gələcəkdə Şimali İraqdakı Bərzani qruplaşması kimi fərqli bir quruluşa keçmək istəyə bilər. Bunların təbii ki, Türkiyə tərəfindən də yaxından izlənəcəyi məlumdur. Türkiyə Suriyada İraqın Şimalındakı İraq-Kürdüstan demokratik bölgəsi kimi yerin yaranmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bəyan edir. Belə bir vəziyyət olarsa, Türkiyənin cənubunda fərqli bir kürd coğrafiyası ortaya çıxar ki, uzunmüddətli perspektivdə İraq və Suriyadakıların birləşərək Kürdüstana doğru addım atması ehtimalı yaranar. Buna görə də Türkiyə PYD və YPG-nin Suriya  ordusuna birlikdə deyil, ayrılıqda daxil olmasını və inteqrasiyanı təmin etmək üçün addımlar atır. Türkiyə kəşfiyyatı və dövləti bu məsələni yaxından izləməlidir. Digər tərəfdən isə İrandakı PYD-nin başına nə gələcəyi də bəlli deyil. Avropa strukturundan da heç bir açıqlama verilməyib. İndiki proses ancaq gözləmək və gündəmi izləməklə ortaya çıxacaq. Belə olduğu halda Türkiyə Cümhuriyyəti planlarını, mübarizələrini zamanla formalaşdırmağa davam etdirəcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri