Icma.az
close
up
RU
İsmayıl Tanrıverdi: 14 ildir çoban itinə Qampr erməni iti demək xəstə təxəyyülün məhsuludur

İsmayıl Tanrıverdi: 14 ildir çoban itinə Qampr erməni iti demək xəstə təxəyyülün məhsuludur

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Bu gün ermənilər üçün özəl günlərdən biridir.

Adalet.az xəbər verir ki, 2011-ci ilin 10 fevralında dünyanın tanıdığı çoban itini ermənilər "Qampr"ı erməni iti kimi təsdiqləyib.

Daha dəqiq , erməni dilindən tərcümədə "böyük və güclü" mənasını verən "qampr" 2011-ci ildə  Beynəlxalq İtlər İttifaqının (IKU) reyestrində qeydə alınıb. 

Ermənilər bildirdilər ki, Ermənistanda vəhşi heyvanların (canavar) və digər cins  itlərin cütləşməsindən əmələ gələn bu Qampr,  ermənilərin minilliklər boyu yetişdirdiyi bir ümumi ad altında birləşmiş özəl bir cinsdir: "Qampr erməni dağlarının iti olub və erməni xalqının qürur mənbəyi olaraq qalır. 22 əsrdən çox Qərbi Ermənistanda yaşayan yerli cinsdir, uzun müddət təcrid olunduğuna və müxtəlif iqlim şəraitinə, həmçinin kortəbii melezləşməsinə görə, Qampr görünüşü və temperamenti ilə digər cinslərdən fərqlənir. ” 

Elə həmin vaxt Ermənistan Kinoloji Birliyinin prezidenti Violeta Qabrielyan bildirdi ki, erməni Qamprı çox qədim tarixə malikdir və ordu üçün nəzərdə tutulub:" Qamprlar əsasən çoban, gözətçi, ov iti, döyüş iti, xilasedici it kimi istifadə olunan işçi itlərdir və yorulmaz işçi olduqları üçün ailənin tam üzvləri hesab edilirdilər. Qampr qürurlu və müstəqil itdir. O, sevgini ifadə etməkdə təmkinlidir. Digər it cinsləri ilə müqayisədə həddindən artıq müstəqil görünə bilər. O, ağıllıdır, lakin yersiz göstərişlərə tabe olmaqda çətinlik çəkir".


Ermənilərin təxəyyül məhsulu olan Qamprla bağlı Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdinin də fikirlərini bilmək maraqlı olardı deyib, onunla telefon əlaqəsi saxladıq.

İsmayıl müəllim əvvəl 22 əsr Ermənistan ərazisində yaşayan itin ermənilərlə heç bir əlaqəsi olmadığını vurğuladı və onların Qərbi Azərbaycana 1828-ci ilə Rusiya imperiyası tərəfindən köçürüldüyünü xatırlatdı: " Xəyal, fantaziya qurmaqda rəqibi olmayan ermənilər bütün dünyaya o cümlədən YUNESKO-ya bəyan ediblər ki, bu it erməni itidir və özü də QAMPR cinsidir. Təəssüf doğuran odur ki, rus saytları da uzun illərdi bu itləri erməni "qampr" kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxır.

Halbuki, ermənilər tarixən böyük heyvan sürülərənə sahib olmadıqlarından, it seleksiyası onların maraq dairəsində deyildi. Böyük sürülər və onu qoriyan çoban itləri, yalnız maldar tayfalarda olub".


- Bəs bu itlər əslində kimlərə məxsus olub?

-Bu əsl çoban itləridir və ən çox Türkiyənin Anadolu bölgəsində və Ağbaba – Şörəyel Borçalı bölgələrində, həmçinin Azərbaycanın Qazax, Tovuz, Gədəbəy bölgələrində daha çox yayılıb. Cinsi isə -Doq, Mastiff və ya Samsun cinsi kimi tanınır- Ensiklopediyada bu haqda məlumat var.1970-80 ci illərdə ermənilər həmişə gəlib Ağbaba mahalından bu itlərdən almaq istəyirdilər. Soruşanda isə deyərdilər ki, it boğuşdurma yarışları üçün alırıq.
Hazırda Ermənistanda bi itlərdən doğrudan da müxtəlif it yarışlarında, o cümlədən, it boğuşdurma yarışlarında çox istifadə edirlər. Maraqlısı odur ki, ermənilər həm də sərhədlərin qorunmasında rus avçarkaları əvəzinə də bu itlərdən istifadə edirlər”.


Qeyd edək ki, ermənilər qurduqları fantaziyaya o qədər inanıblar ki, hətta 2018-ci ildə Yerevanın girişində itə -Qampra heykəl qoyublar.

 Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri