İsmayıllı Qəbələ yolunda zəncirvari qəza: 2 nəfər həlak olub, yaralılar var
Icma.az, Azertag portalına istinadən məlumat verir.
İsmayıllı, 28 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Xanagah kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan mikroavtobus və iki minik avtomobilinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 33 yaşlı Ümüd Vəliyev və onu 23 yaşlı həyat yoldaşı Nərmin Vəliyeva hadisə yerində həyatını itiriblər. Altı nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
AZƏRTAC-ın yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 28 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















