İsmayıllıda ev və köməkçi tikili yanıb
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb.
Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkçi tikilinin isə 50 kvadratmetr sahəsi yanğına məruz qalıb. Yanğın zamanı evin qalan hissəsi və köməkçi tikilinin digər sahələri mühafizə olunub.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Yanğının başvermə səbəbi dəqiqləşdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:45
Bu xəbər 10 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















