Samuxda narkotik çəkib avtoxuliqanlıq edən sürücü vəsiqəsiz qaldı + 15 gün həbs VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində narkotik vasitənin təsiri altında sürət həddini aşan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Röyal Yolçuyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Eyni zamanda ictimai-asayişi nümayişkəranə şəkildə pozan sürücünün vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Yolçuyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaq 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 15 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















