Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

İsmayıllıda qadın oteldə gecələdi, iş yoldaşıyla intim münasibətdə oldu, əri isə... Şok

İsmayıllıda qadın oteldə gecələdi, iş yoldaşıyla intim münasibətdə oldu, əri isə... Şok

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı rayonunda 1985-ci il təvəllüdlü Sənan mübahisə zamanı 1988-ci il təvəllüdlü həyat yoldaşı Almazı öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Göyçay rayonunun kəndində baş verib. Sənan kənddə boşanma ərəfəsində olduğu arvadı Almazın ona xəyanət etməsi səbəbindən qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Bu məqsədlə o, şübhələnməməsi üçün həyat yoldaşını əvvəlcə Şəki 1 saylı mediasiya təşkilatına müraciətləri ilə bağlı etibarnamə əsasında onlara köməklik göstərən, İsmayıllı şəhərində surətçıxarma fəaliyyəti işi ilə məşğul olan şəxsin yanına aparıb.

Orada nikahın pozulması ilə bağlı söhbət aparıldıqdan sonra o, Almazın mobil telefonunu və uşaqların şəxsiyyət vəsiqələrini qaytaracağını vədilə aldadıb, faktiki ayrıldıqları vaxta kimi birlikdə yaşadıqları kəndə, atasına məxsus evə aparıb.

Sənan təxminən saat 13:30-da Almazla qonaq otağında əyləşərək söhbət edib, ondan xəyanət etməsinin səbəbini soruşub. Almazın peşman olduğunu deməsindən sonra bıçaqla ona xəsarətlər yetirib.

Bıçaq zərbələrindən sonra Almaz ərinə su içmək istədiyini bildirib, zala bitişik otaqda su ventilinin yanına gedib. Bu zaman əyilərək su içə bilmədiyini deyib və ərindən stəkan gətirməsini istəyib.

Sənan Almazı öldürməmişdən əvvəl xəyanətinin səbəbini və digər ona maraqlı olan məsələləri öyrənmək məqsədi ilə ona su verməkdən ötrü mətbəxdən stəkan gətirməyə gedib. Bundan istifadə edən qadın su ventilinin yanında olan pəncərəni açaraq çölə tullanıb və qonşu həyətə keçərək qaçmağa başlayıb.

Bunu görən Sənan arvadının arxasınca qaçaraq ona çatıb və özündə olan bıçaqla ona yenidən zərbələr yetirib. Çoxsaylı zərbələr alan qadın vəfat edib.

“Arvadıma inandım”

İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ildə Basqal qəsəbəsində yerləşən “Basqal resort”, “Spa” otellərində soyuq qəlyanaltı aşpazı kimi işə başlayıb:

“2023-cü il iyun ayının 1-də işdən çıxdım və fevralın 1-dən martın 8-nə, aprelin 2-dən ayın sonuna qədər işləmək üçün Bakı şəhərinə getdim.

Mart ayında kəndə qayıdanda atam mənə açıq rəngli “VAZ 2106” markalı avtomobilin tez-tez kəndə gəlib-getdiyini dedi, bu məsələ ilə maraqlanmağımı istədi. Almazdan həmin avtomobilin kimin olduğunu bilib-bilməməsini soruşdum. O, maşını tanımadığını dedi. Almaza inanıb bu barədə bir daha maraqlanmadım”.

Sənanın sözlərinə görə, aprelin 2-də yenidən Bakı şəhərinə işləməyə gedib: “Bakıda olduğum zaman Almaz bir neçə dəfə məndən icazə alaraq işlədiyi oteldə işin çox olduğunu bildirdi, oteldə qalacağını dedi. Arvadıma inanıb ona icazə verdim.

Aprelin sonunda kəndə qayıtdım. May ayının sonlarında atam mənə kənddə Almazla bağlı söz-söhbət dolaşdığınıi, qohumların onu aprelin 14-də “VAZ 2106” markalı avtomobilə minərək kənddən getməsini gördüklərini bildirdi.

Almaz işə hər gün otelə məxsus avtobusla gedib-gəldiyindən onun başqa kişi ilə mənə xəyanət etməsini özüm də dəqiqləşdirdim”.

“Xəyanət etdiyini bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 1-də otelə gedərək arvadı Almazı işdən çıxarıb: “Otelə gedib Almazın hansı tarixlərdə gecə burada qalması ilə maraqlandım. Otelin Asim adlı baş aşpazı Almazın oteldə cəmi iki dəfə - bir dəfə fevral ayında, bir dəfə də mart ayının 8-də gecələdiyini bildirdi.

İyunun 1-də Almazı işdən götürərək Lahıc qəsəbəsinə gedən yolun kənarında maşını saxladım, ondan mindiyi avtomobilin kimə məxsus olduğunu, maşınla hara getdiklərini soruşdum. Bildirdi ki, avtomobilin sürücüsünü tanımır, iş yoldaşı Aqil axşam gələrək onu kənddən götürüb, o, Aqilə “Sərhəd” adlı marketi göstərib, daha sonra maşınla evə qayıdıb. Mən əsəbləşərək Almaza bir şillə vurdum. O, dedi ki, maşını evə sürüm, məsələni evdə aydınlaşdırarıq.

Evdə qardaşım Əli, atam Ədalət, əmim oğlanları – Daşqın və Ceyhunla birlikdə Almazı sorğu-sual etməyə başladıq. Almaz xəyanət etdiyini, Aqillə gecəni Şamaxı rayonunda tanımadığı bir katejdə qaldıqlarını boynuna aldı, səhv etdiyini bildirdi.

Almaz xəyanətini boynuna aldıqdan sonra onu axşam uşaqlarla birlikdə Göyçay rayonunun kəndində yerləşən ata evlərinə apardım. Orada ata-anasına və qardaşına hadisə barədə məlumat verdim Sonra özüm geri qayıtdım”.

“Arvadımın bu işlə məşğul olduğunu bildirdi”

Sənan bildirib ki, 2-3 gün sonra tanışı Məhərrəm müəllimlə məsləhətləşib və arvadı Almazdan boşanmaq istədiyini bildirib: “Almaz mənə cəmi bir dəfə Aqillə görüşdüyünü desə də, onların bir dəfə yox, bir neçə dəfə görüşdüklərini öyrəndim. Çünki həmin taksini və sürücüsü Qasımı kənddə bir neçə dəfə görmüşdülər. Qasımın mobil nömrəsini taparaq onunla danışdım. O, Almazı Aqillə birlikdə kənddən götürərək Şamaxı rayonuna, “Savalan” restoranına bir neçə apardığını, qalan vaxtlarda kəndə başqa sərnişin gətirdiyini dedi.

İyun ayında Göyçay rayonuna gedərək həm övladlarımı gördüm, həm də Almazla bu barədə söhbət etdim. Taksi sürücüsündən Aqilin hansı kənddə yaşadığını öyrəndim, amma ora getsəm də Aqili tapa bilmədim. Ona atamın istifadəsində olan mobil nömrədən zəng etdim. Özümü təqdim etdim və onunla görüşmək istədiyimi bildirdim. Aqil Gürcüstan Respublikasında olduğunu, bazar günü gələcəyini, gələndən sonra görüşəcəyimizi dedi. Amma sonradan o mənimlə görüşməyəcəyini, barəmdə polisə zəng edərək şikayət edəcəyini söylədi. Aqildən arvadımla görüşüb-görüşmədiyini soruşdum. Cəmi bir dəfə Almazı kənddən avtomobillə götürdüyünü, Şamaxı rayonuna apararaq iş yoldaşı Rəsmiyyə adlı qadıngilə düşürdüyünü dedi. Ona yalan danışdığını, hər şeyi bildiyimi söylədim.

Aqil mənə arvadımın pis işlə məşğul olduğunu, kənddə kişilərlə görüşdüyünü, qardaşım arvadının da pozğun olduğunu dedi, məni müxtəlif sözlərlə təhqir etdi. Sonra “102”yə zəng edərək başıma oyun açacağını dedi. Telefonla danışan zaman onun səsini də yazdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Göyçay rayonunun kəndinə uşaqlarını görməyə gedib: “Həyətdə arvadım Almazı söhbət etmək üçün yanıma çağırdım. Atası və qardaşı üstümə gəldilər. Buna görə “102” xidmətinə zəng edərək həyat yoldaşımın ailəsinin uşaqlarımı mənimlə görüşdürmədiklərini bildirdim. Bir neçə dəqiqə sonra polislər gəlib bizişöbəyə apardılar. İzahat və iltizam aldıqdan sonra bizi sərbəst buraxdılar”.

“Bir səhvdi, eləmişəm”

Sənan bildirib ki, növbəti günlərdə qızına yığaraq telefonu anasına verməsini istəyib: “Almaza bir saatlıq söhbət eləmək istədiyimi bildirdim. O da məndən özünün mobil telefonunu və uşaqların şəxsiyyət vəsiqələrini istədi.

Almaza telefonunu və uşaqların şəxsiyyət vəsiqələrini verəcəyini bildirdikdən sonra mediasiya xidməti göstərən şəxsin ofisinə gəlmək barədə razılaşdıq. Almazı götürmək üçün Göyçay rayonuna getdim, mediasiyada boşanmaqla bağlı tələblərini dəqiqləşdirmək məqsədilə İsmayıllı rayonuna gəldik. İsmayıllı şəhərində mediasiya xidməti göstərən şəxsin ofisində olduq.

Almaz mənimlə söhbət edərkən heç bir şey tələb etmədiyini, aliment istəmədiyini, sadəcə evdən əşyalarını götürəcəyini bildirdi. Mediasiya xidməti göstərən şəxsin ofisindən çıxdıqdan sonra o məndən telefonunu və uşaqlarının vəsiqələrini istədi. Kəndə gedərək telefonu və uşaqların vəsiqələrini ona verdikdən sonra onu atasıgilə aparacağımı dedim.

Evə çatdıqda qonaq otağındakı divanda oturaraq Almazla yenidən söhbət eləməyə başladıq. Xəyanətin səbəbini öyrənmək məqsədilə ona suallar verdim. Bir səhv elədiyini dedikdən sonra sol cibimə bağlı şəkildə qoyduğum bıçağı çıxardım və açaraq divanda oturaqlı vəziyyətdə olan Almazın ürək nahiyəsindən vurdum. Əlini bıçağın qarşısına atdığı üçün sağ əli kəsildi. Sonra qarın nahiyəsinə iki bıçaq zərbəsi vurdum. Zərbələrdən sonra su içmək istəyərək su ventilinin yanına getdi. Əyilərək su içə bilmədiyinə görə məndən stəkan istədi.

Mətbəxdən stəkan gətirmək üçün gedəndə Almazın su ventilinin yanında olan pəncərədən çölə tullandığını, qonşu həyətə qaçdığını gördüm. Arxasınca qaçıb ona çatdım və onu yerə yıxdım. Bıçaqla Almaza xatırlamadığım sayda zərbə vurdum. Özümə gəldikdən sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə yığaraq hadisə barədə məlumat verdim”.

İş üzrə şahid qismində ifadə verən Aqilin sözlərinə görə, 2022-ci ilin sentyabrından 2023-cü ilin yanvar ayının 10-dək İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən "Basqal Resort & Spa" oteldə aşpaz işləyib: “Almaz oteldə soyuq qəlyanaltı aşpazı idi. İşlə əlaqədar bir dəfə oteldə qalmışdı. Oteldə qadınlarla kişilərin yataqxanaları ayrıdı.

Almazla birlikdə işlədiyimiz vaxt danışmışıq, həmçinin, vatsap vasitəsi ilə 2-3 gündən bir yazışırdıq. Bir qədər sonra aramızda sevgi münasibətləri yaranmağa başladı. Bir-birimizə sevgi məzmunlu mesajlar yazdıq. İlk dəfə təxmini olaraq 2023-cü il yanvarın 13-də axşam vaxtı Almazı özümə məxsus “Mercedes C 180” markalı avtomobillə işdən götürdüm, əvvəlcədən Şamaxı rayonunun kəndində bir günlük kirayə götürdüyüm evə apardım. Orada Almazla öz razılığı ilə cinsi əlaqədə olduq. Daha sonra oradan evlərinə apararaq düşürdüm. Həmin vaxtdan sonra Bakı şəhərində işlədiyim üçün Almazla yalnız telefonla danışdıq”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Sənan 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri