Icma.az
close
up
RU
İsmayıllıda Ümummilli Liderin anadan olmasının 102 ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil edilib

İsmayıllıda Ümummilli Liderin anadan olmasının 102 ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsmayıllı, 10 may, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.

Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət fəalları iştirak ediblər.

İştirakçılar Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Heydər Əliyevin ömür yolunu və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş edilib.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Ümummilli Liderin dövlət quruculuğunda, ordu formalaşmasında və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasında oynadığı roldan danışıb.

Çıxış edənlər — rayon ziyalıları, şəhid ailələrinin nümayəndələri və gənclər təşkilatlarının təmsilçiləri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin quruculuğundakı əvəzsiz xidmətlərindən, onun ideyalarının bu gün də ölkəmizin inkişafına işıq saldığından söz açıblar.

Tədbir çərçivəsində iştirakçılar Ümummilli Liderin sevdiyi mahnıları dinləyib, onun xatirəsinə həsr olunmuş bədii kompozisiyaya tamaşa ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub. Onlar Ulu Öndərin siyasi irsinə sadiq qalacaqlarını, dövlətimizin inkişafı naminə əzmlə çalışacaqlarını bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see242

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see229

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see217

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see156

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri