Icma.az
close
up
RU
Qaradağ rayonunda Ümummilli liderin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar velosiped yarışı keçirilib

Qaradağ rayonunda Ümummilli liderin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar velosiped yarışı keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin mayın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsi Heydər Əliyev Parkının qarşısındakı meydanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar  Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə növbəti dəfə ənənəvi  velosiped yarışı keçirilib.

Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrini əhatə edən yarışda 120 nəfərədək yuxarı sinif şagirdindən ibarət 22 komanda iştirak edib.

Yarışın açılışında YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev məktəbli idmançıları yarışın təşkil olunmasının məqsədi və əhəmiyyəti ilə əlaqədar məlumatlandırıb. O bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönü hazırda ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Bu gün keçirilən velosiped yarışı Ulu Öndər Heydər Əliyevin gənclərə sağlam həyat tərzi ilə bağlı etdiyi tövsiyələrin tərkib hissəsidir. Ulu öndərin ideyalarının təbliği məqsədilə ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyi bir vaxtda Qaradağ rayonunda da gənclər arasında keçirilən bu cür tədbirlər onlarda  vətənpərvərlik hisslərini artırır, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarına kömək edir. Velosiped yarışı gənclər arasında fiziki aktivliyin yüksəldilməsinə də xidmət edir.

Açılışda Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Gülnarə Malikova və başqaları da çıxış edərək turnurin keçirilməsi ilə əlaqədar gəncləri təbrik ediblər, iştirakçılara uğurlar arzulayıblar.

Yarışın hakimləri: baş hakim Sabir Həsənov, hakim Feyzulla Şirinov, hakim Əlipaşa Paşazadə turnirin  qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verilib.

Lökbatan qəsəbəsində müəyyən olunmuş meydanda marşrut üzrə həyata keçirilən yarışın yekununda qalib komandalara diplomlar, medallar və qiymətli hədiyyələr təqdim olunub. Yarışda iştirak edən 22 məktəb arasında 166 nömrəli tam məktəbin komandası Abbaszadə Sahib, Qasımzadə Toğrul və Ağayeva Fatimə birinci yeri, 294 nömrəli məktəbin komandası Həmidova Naidə, Oruczadə Yusif və Əməliyev Zakir ikinci yeri, 184 nömrəli məktəbin komdandası  Novruzov Tofiq, Quliyev Ataxan və İsgəndərli Zəhra üçüncü yeri tutublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri