Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu

ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartı hazırlanıb.

Axar.az xəbər verir ki, sənəd beynəlxalq ISO 20121:2024 “Event Sustainability Management Systems” standartı əsasında formalaşdırılıb və ilk dəfə olaraq Azərbaycanın milli standartlaşdırma sisteminə uyğunlaşdırılıb.

Yenilənmiş ISO 20121:2024 standartı 2024-cü ilin fevral ayında təsdiqlənmişdir. Standartın məqsədi iqlim fəaliyyəti və əlçatanlıq kimi mövzuları nəzərə alaraq davamlılığı tədbir idarəçiliyinin bütün mərhələlərinə inteqrasiya etmək və uzunmüddətli, ölçülə bilən faydaların yaradılmasını təmin etməkdir.

Vacib məqam bu standartın tətbiq sahəsinin genişliyidir. Bu yanaşma təkcə dövlət qurumlarını əhatə etmir. Eyni zamanda özəl sektor, tədbir təşkilatçıları, təchizatçılar və ümumilikdə bu sahədə fəaliyyət göstərən bütün tərəflər üçün yeni imkanlar yaradır. Bu isə o deməkdir ki, gələcəkdə bu standart təkcə bir tədbirin deyil, bütövlükdə ölkədəki ekosistemin bir hissəsinə çevriləcək.

Son illər ərzində Azərbaycanda qlobal miqyaslı tədbirlərin təşkili sahəsində ciddi insan kapitalı və institusional təcrübə formalaşıb. Bu gün biz tədbirlərə ev sahibliyi edən ölkə olmaqla yanaşı, bu sahədə formalaşmış bilik və təcrübəni paylaşan, hətta ixrac edən tərəf kimi tanınırıq.

Məhz bu mərhələdə növbəti vacib addım bu təcrübənin sistemləşdirilməsi və vahid yanaşma əsasında inkişaf etdirilməsidir. Bu kontekstdə, WUF13 Azərbaycan Əməliyyat Şirkəti olaraq təqdim etdiyimiz standart xüsusi əhəmiyyət daşıyır. Sözügedən proses ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji istiqamətlərlə də tam uzlaşır.

Xüsusilə, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri” sərəncamında yer alan “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” istiqaməti bu yanaşmanın əsasını təşkil edir.

Eyni zamanda, ölkəmizin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşma siyasəti bu istiqamətdə görülən işlərin beynəlxalq çərçivəyə inteqrasiyasını təmin edir. Hələ 2016-cı ildə cənab Prezidentin fərmanı ilə Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycanın milli prioritetləri Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyi ilə tam uyğunlaşdırılıb.

Əgər son 10–12 illik dövrə diqqətlə nəzər salsaq, 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən başlayaraq, Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları, COP29 və bu gün WUF13-ə qədər uzanan bir inkişaf xəttini aydın şəkildə görmək mümkündür.

Bu tədbirlərin hər biri yalnız təşkilati uğurla fərqlənməyib, eyni zamanda idarəetmə yanaşmalarının, planlaşdırma mədəniyyətinin və dayanıqlılıq prinsiplərinin mərhələli şəkildə formalaşmasına nail olub. Bu baxımdan, WUF13 xüsusi mərhələni təmsil edir.

Əgər əvvəlki illərdə biz bu prinsipləri tətbiq edirdik, öyrənirdik və inkişaf etdirirdiksə, artıq bu gün həmin yanaşma konkret standart formasında öz məntiqi təsdiqini tapır. Biz təqdim olunan standarta yalnız texniki bir sənəd kimi yanaşmırıq, ölkədə tədbirlərin təşkili sahəsində vahid idarəetmə modelinin formalaşması kimi qəbul edirik.

ISO 20121 standartı ilk dəfə 2012-ci ildə London Olimpiya və Paralimpiya Oyunlarının təcrübəsindən ilhamlanaraq yaradılıb. Bu standartı dünya miqyasında ən nüfuzlu tədbirlər tətbiq edib: London 2012, Rio 2016 və Paris 2024 Olimpiya Oyunları, FIFA Dünya Kuboku Qatar 2022, Davos Dünya İqtisadi Forumu.

Yaradılan standartın hazırlanmasında 30-dan çox ölkənin ekspertləri iştirak edib. 2024-cü ildə standart yenilənib: ətraf mühit, sosial idarəetmə və korporativ idarəetmə tələbləri, yəni ESG (ekoloji, sosial və idarəetmə) meyarları, habelə insan hüquqları və inklüzivlik məsələləri əlavə olunub.

Bu standart beynəlxalq tədbir idarəçiliyində artıq özünü təsdiqləmiş yanaşmadır və müxtəlif qlobal platformalarda tətbiq olunub. Biz də bu gün həmin beynəlxalq çərçivəni milli səviyyədə tətbiq edən və onu öz idarəetmə praktikasına inteqrasiya edən tərəf kimi çıxış edirik.

WUF13-ə hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin işçi heyətinin 90 faizi bu istiqamətdə təlimlərə cəlb olunub. Tədbirin təşkili isə bütün mərhələlərdə ISO 20121 və ISO 9001 standartlarına uyğun şəkildə sertifikatlaşdırılıb. Bu isə onu göstərir ki, söhbət yalnız konseptual yanaşmadan getmir. Standart real tətbiq olunmuş və sınaqdan keçmiş idarəetmə sistemidir.

WUF13 çərçivəsində əldə olunan bu nəticə, yəni ISO 20121 standartının milli səviyyədə qəbul olunması bu tədbirin ən mühüm irs komponentlərindən biri kimi qiymətləndirilir. Əgər biz bu günə qədər təcrübə qazanmışıqsa, bu standart həmin təcrübənin sistemləşdirilmiş formasıdır. Və ən əsası, bu yanaşma gələcək nəsillərə ötürüləcək bir idarəetmə mədəniyyətinin əsasını qoyur.

Standartın tətbiqi bir neçə istiqamətdə konkret faydalar yaradır. İqtisadi baxımdan resursların daha səmərəli istifadəsinə və xərclərin optimallaşdırılmasına imkan verir. İdarəetmə baxımından proseslərin strukturlaşdırılması, risklərin azaldılması və şəffaflığın artırılması təmin olunur. Reputasiya baxımından isə beynəlxalq tərəfdaşlar qarşısında etibarlılıq və uyğunluq səviyyəsi yüksəlir.

Nəticə etibarı ilə, ISO 20121:2024 beynəlxalq standartı ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək milli kontekstə uyğunlaşdırılıb və AZS ISO 20121:2026 kimi dövlət standartı olaraq rəsmi qeydiyyata alınıb.

Əgər biz bu gün qlobal tədbirlər keçiririksə, bu standart gələcəkdə həmin tədbirlərin daha dayanıqlı, daha effektiv və daha məsuliyyətli şəkildə təşkil olunmasının təminatıdır. İrimiqyaslı tədbirlər yalnız gözəl xatirələr buraxmamalıdır. Onlar həm də güclü sosial və ekoloji irs qoymaq imkanı verir. Bu standart bu günümüzün nailiyyəti, sabahımızın etalonu və gələcək nəsillərə ötürdüyümüz mirasdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri