İspaniya 5 aviaşirkəti 180 milyon avro cərimələdi
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Ayşən İmanova/Banco.az
İspaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi, sərnişinlərin hüquqlarını pozduğuna görə “Ryanair”, “Vueling”, “Easyjet”, “Norwegian” və “Volotea” daxil olmaqla 5 aviaşirkətini cərimələyib.
Banco.az xəbər verir ki, cərimələrin ümumi məbləği 179 milyon avro təşkil edib.
Qeyd olunub ki, sanksiyalar əl yükü üçün əlavə rüsumların alınması, yetkinlik yaşına çatmayanlar və əlilləri müşayiət edən şəxslər üçün bitişik yerlərin ayrılması və İspaniya hava limanlarında nağd ödənişlərin qəbulundan imtina kimi sui-istifadələrə aiddir.
Ən sərfəli kredit üçün müraciət etNazirliyin məlumatına görə, ən böyük cərimə “Ryanair”ə — 107 775 777 avro, ardınca “Vueling” — 39 264 412 avro, “Easyjet” — 29 094 441 avro, “Norwegian” — 1 610 001 avro və “Volotea”ya — 1 189 000 avro verilib.
İspaniyanın istehlakçıların hüquqlarının müdafiəsi naziri Pablo Bustinduy bildirib ki, heç bir şirkət qanundan üstün deyil. O, istehlakçı hüquqlarının pozulmasına əsaslanan biznes modellərinin qəbuledilməz olduğunu vurğulayıb.
“Ryanair” artıq cərimələri “qanunsuz və əsassız” adlandıraraq apellyasiya şikayəti vermək planlarını açıqlayıb. Digər aviaşirkətlərin nümayəndələri də sanksiyalara məhkəmədə etiraz etmək niyyətlərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 23 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















