İspaniya La Liqası: “Real Madrid” “Rayo Valyekano”nun müqavimətini qıra bilmədi
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya La Liqasının XII turunda “Rayo Valyekano” öz meydanında “Real Madrid”i qəbul edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
“Real”ın hücumçuları Vinisius Junior və Kilian Mbappe start heyətində meydana çıxaraq matçı tam oynayıblar. Buna baxmayaraq, Madrid təmsilçisi rəqib müdafiəsini yarmaqda çətinlik çəkib və görüş qolsuz nəticə ilə tamamlanıb.
Bu nəticədən sonra “Real” xal sayını 31-ə çatdıraraq turnir cədvəlində 1-ci pillədə mövqeyini qoruyub. Xabi Alonsonun komandası ikinci yerdə olan “Vilyarreal”ı 5, bir oyun az keçirmiş “Barselona”nı isə 6 xal qabaqlayır.
“Rayo Valyekano” isə 15 xalla çempionatın 12-ci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:İspaniya La Liqası: Rayo Valyekano səfərdə qazandı
10 May 2025 03:19
La Liqa: “Real” “Rayo Valyekano” ilə bacarmadı
10 Noyabr 2025 00:06
“Real” “Rayo Valyekano” ilə bacarmadı Video
15 Dekabr 2024 09:58
İspaniya La Liqası: Real Madrid səfərdə uduzdu
01 Mart 2025 23:49
Real Sosyedad Rayo Valyekano ya uduzdu VİDEO
05 Oktyabr 2025 23:42
Baxış sayı:27
Bu xəbər 09 Noyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















