İspaniya millisi dünya rekordunu yenilədi VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Futbol üzrə İspaniya milli komandası UEFA Millətlər Liqasının (A Liqası) qrup mərhələsinin 1-ci turunun qarşılaşmasında İngiltərəyə qalib gələrək (3:2) rəsmi oyunlardakı məğlubiyyətsizlik seriyasını 39 matça çatdırıb və dünya rekordunu yeniləyib.
Bizim.Media "Çempionat"a istinadən xəbər verir ki, bu nəticə ilə ispanlar keçən yay dünya çempionatının finalında özlərinin təzələdikləri ardıcıl rəsmi oyunlarda məğlubiyyətsizlik rekordunu (38 oyun) bir qədər də yaxşılaşdırıblar.
Əvvəllər bu rekord İtaliya millisinə məxsus idi. İtalyanlar 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrınadək keçirdikləri 37 görüşdə bir dəfə də olsun məğlubiyyət acısı yaşamamışdılar.
İspaniya sonuncu dəfə rəsmi oyunun əsas vaxtında 2023-cü ilin martında məğlub olub. Avro-2024-ün seçmə mərhələsinin A qrupunun 2-ci turunda Luis de la Fuentenin yetirmələri Şotlandiyaya uduzublar (0:2).
Bizim.Media
Baxış sayı:132
Bu xəbər 27 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















