Icma.az
close
up
RU
İspaniyada elmə məlum olan ən qədim barmaq izi tapılıb

İspaniyada elmə məlum olan ən qədim barmaq izi tapılıb

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyada elmə məlum olan ən qədim barmaq izi tapılıb

İspaniyada elmə məlum olan ən qədim barmaq izi olan daş tapılıb. Təxminən 43.000 il əvvəl bir neandertala aid olduğu göstərilir. Bu barədə Oxuməni.az “Naked-Science.ru”-ya istinadən xəbər verir.
Daş 2022-ci ildə İspaniyanın Seqoviya şəhərindəki “San Lazaro Shelter” arxeoloji obyektində tapılıb.
“Deutsche Welle”-nin məlumatına görə, multispektral üsullar və məhkəmə-tibbi analiz ispan alimlərinə bu kəşfi etməyə kömək edib.
Ətraflı nəticələr “Archaeological and Anthropological Sciences” jurnalında dərc olunub.
Araşdırmanı Madridin Komplutense Universitetindən David Alvarez Alonsonun rəhbərlik etdiyi ispan arxeoloqlar qrupu həyata keçirib. Gözləri və ağızı xatırladan , girintiləri olan 20 santimetr uzunluğunda oval daş qeyri-adi forması ilə dərhal mütəxəssislərin diqqətini çəkib. Ancaq əsl sensasiya mərkəzdə bir burnu təqlid edən qırmızı nöqtə idi.
Tapıntı Neandertallara xas olan bir sıra artefaktlarla müşayiət olunub. Bu, arxeoloqlara zaman kontekstini təyin etməyə kömək etdi. Bununla belə, əsas vəzifə nöqtənin təsadüfən və ya qəsdən edilmiş bir hərəkətin nəticəsi olaraq çəkildiyini öyrənmək idi.
Analiz üçün yerli polisdən kriminalistlər dəvət olunub. Tədqiqat göstərdi ki, piqment - oxra -barmaqla daşa çəkilib. Üstəlik, mağaranın özündə və onun ətrafında oxraya rast gəlinmir ki, bu da onun özləri ilə gətirildiyini göstərir. Deməli, qədim insanın hərəkətləri təkcə mənalı deyil, həm də hazırlıqlı idi.
Təhlilə əsasən arxeoloqlar iddia edirlər: qarşımızda yalnız bir barmaq izi deyil, bəşəriyyət tarixində bədii aktın ilk sübutlarından biridir. Ən vacib arqument hərəkətin məqsədyönlülüyü, bir simvolun olması və əlçatmaz bir piqmentin istifadəsidir.
"Nöqtə təsadüfən ortaya çıxsaydı, xəyali üzün tam ortasında deyil, başqa yerdə olardı. Biz onun burnu göstərmək üçün qəsdən qoyulduğunu düşünürük." - David Alvarez Alonso izah edib.
Bu kəşf “Homo neandertalensis” və “Homo sapiens”in oxşar idrak qabiliyyətlərinə malik olduğu fərziyyəsini gücləndirir. Onlar nəinki alətlər yaradıblar, ovla məçğul olublar və mühitlə uyğunlaşıblar, həm də simvolik düşünə, dünyanı şərh edə və bəlkə də obyektlər vasitəsilə məna çatdıra biliblər.
Əlavə təhlillər barmaq izinin 18-25 yaş arası bir Neandertala aid olduğunu göstərdi. O, sağ əlinin şəhadət barmağı ilə hazırlanıb.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 29 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri