İspaniyada festival zamanı partlayış, 50 yaralı
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noem şəhərində festival zamanı fişənglərin partlaması nəticəsində 50 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən şəhərin qurucusu San-Migelin şərəfinə təşkil olunan bayram tədbiri zamanı baş verib.
Atəşfəşanlıq üçün nəzərdə tutulmuş fişənglərdən biri tikililərin birinin eyvanından açılan zaman qığılcımlar digər fişənglərinn üzərinə düşüb.
Nəticədə partlayış olub və fişənglər tamaşaçıların üzərinə tökülüb.
3 kişi ağır yanıq xəsarətləri alıb. 47 nəfərə isə Noen xəstəxanasında tibbi yardım göstərilib.
Qeyd edək ki, ənənəvi San-Migel festivalı avqustun sonlarında keçirilir və 5 gün davam edir. Partlayışa səbəb kimi isə texniki nasazlıq göstərilir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Avqust 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















