İspaniyada maşinistlər tətil etdi, 300 dan çox qatar reysi ləğv olundu
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyada qatar maşinistlərinin üçgünlük tətili başlayıb. Nəticədə elə ilk gündə 330-dan çox yüksəksürətli, sərnişin və şəhərətrafı qatar xidmətləri ləğv edilib. Tətilçilər ölkənin dəmir yollarında təhlükəsizlik standartlarının aşağı olmasına etiraz edirlər.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, tətilə yanvar ayında Kordova və Kataloniyada qatarların relsdən çıxması səbəb olub.
Tətil dəmir yolu şirkətlərii "Renfe" və "Semaf"ın həmkarlar ittifaqları tərəfindən təşkil edilib.
Etirazçılar dəmir yolu infrastrukturunun təhlükəsizliyinə cavabdeh olanların cinayət məsuliyyətinə cəlb edilməsini də tələb edirlər. İspaniya Nəqliyyat Nazirliyi ilə buna dair danışıqlar yanvar ayının sonundan bəri davam edir, lakin heç bir razılıq əldə edilməyib.
Sözügedən ölkədə qatarlar gündə təxminən 1.4 milyon sərnişin daşıyır və təxminən 5 min səfər həyata keçirirlər. Yüksəksürətli dəmiryol xətlərinin uzunluğu 3 min km-dən çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 09 Fevral 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















