İspaniyada qorxulu anlar yaşandı: Las Luminarias festivalı çərçivəsində atlar alov üzərində Xəbər saytı Son xəbərlər və Hadisələr
İspaniyanın Avila şəhərinin San Bartolome de Pinares kəndində 18-ci əsrdən qalan və 16 yanvar gecəsi keçirilən "Las Luminarias" festivalı çərçivəsində atlar alovların üzərindən atladıldı.
BAKU.WS xəbər verir ki, bu mərasim Katolik inancına görə heyvanların qoruyucusu sayılan Müqəddəs Antonun xatirəsinə həsr olunub.
550 nəfərlik kiçik kənddə artıq 400 ildən çox davam edən bu ənənə "şərin qovulması" məqsədilə həyata keçirilir. Festival hər il çoxsaylı turist və iştirakçını cəlb edir, lakin atların alovlar üzərindən keçməsi həm heyranlıq, həm də narahatlıq doğurur.
Mərasim iştirakçıları bu qədim ənənəni yaşatmağa davam edərək, heyvanların sağlamlığı və qorunması üçün dua edirlər.
Qalereya
Baxış sayı:97
Mənbə:https://baku.ws