İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
İspaniyanın Baş naziri Pedro Sançes parlamentin hökumətin mənzil siyasəti ilə bağlı iki dekretini rədd edəcəyi təqdirdə növbədənkənar parlament seçkiləri keçirməyi nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Sözügedən dekretlər daşınmaz əmlak bazarında spekulyativ fəaliyyətlərin məhdudlaşdırılmasını, həssas vəziyyətdə olan kirayəçilərin evdən çıxarılmaqdan müdafiəsinin 2030-cu ilədək uzadılmasını və qüvvədə olan kirayə müqavilələrinin avtomatik şəkildə yenilənməsini nəzərdə tutur.
Mənzil məsələsi ilə bağlı etirazlar 87 yaşlı Mari-Karmen Abaskalın 1956-cı ildən yaşadığı mənzildən çıxarılmasından sonra daha da güclənib.
İspaniya hökuməti əvvəlcə dekretlərdən ən azı birinin parlamentdə dəstək alacağına ümid edirdi. Lakin Kataloniyanın “Junts” partiyası hər iki sənədin əleyhinə səs verəcəyini açıqlayıb. Bu isə hökumətin lazımi səs çoxluğunu əldə etməsini çətinləşdirir.
Sançes dekretləri geri çəkməkdən imtina edib və qarşıdakı səsverməni “həqiqət saatı” adlandırıb.
Baş nazirin müavini Yolanda Dias da növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib.
Hazırkı parlamentin səlahiyyət müddəti 2027-ci ilin yayında başa çatır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Oktyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















