Icma.az
close
up
RU
İspaniyanın Alyansı tərk etməsi NATO nun quru qoşunlarına problem yaradacaq Hərbi ekspert

İspaniyanın Alyansı tərk etməsi NATO nun quru qoşunlarına problem yaradacaq Hərbi ekspert

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib.
İspaniyanın NATO-dan çıxarılması alyansın cənub cinahında hansı boşluqları yarada bilər?
Redaktor.az
-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, İspaniyanın NATO-ya qoşulması 1980-ci illərdə başlandı və 1982-ci ildə bu barədə real qərar qəbul edildi:

"Nəticədə İspaniya Şimali Atlantika Alyansının 16-cı üzvü oldu. İspaniya əhalisi heç vaxt SSRİ-ni NATO ölkələrində olduğu kimi real təhdid kimi qəbul etmirdi. Burada anti-kommunist düşüncələr geniş yayılmamışdı. Bu səbəbdən, İspaniyanın NATO-ya qəbulu kifayət qədər uzun müddət çəkdi. İspaniyanın Alyansa qəbul olunması daha çox onun yerləşdiyi coğrafi mövqe ilə bağlı idi. Pireney yarımadası və dənizə çıxışı İspaniyanı NATO üçün yeni bir müdafiə zolağına çevirirdi. Bu ehtiyat müdafiə, Varşava Paktına daxil olan ölkələr qarşısında NATO-nun imkanlarını müəyyən qədər gücləndirirdi. Digər tərəfdən, NATO-nun nüvə silahı daşıya biləcək bəzi döyüş təyyarələri üçün İspaniya ərazisi əsas Hərbi Hava Qüvvələri ehtiyat bazası kimi nəzərdə tutulurdu. Həmçinin, İspaniyaya NATO qoşunlarını Atlantik okeanında dəstəkləmək, onların müdafiəsini gücləndirmək, Orta Aralıq dənizində və Cəbəllütariq boğazında həyata keçirilən əməliyyatlarda Alyansın əsas istinad nöqtələrindən biri kimi baxılırdı. Hazırda isə Donald Tramp bu proseslərin Ukraynasız da həyata keçirilməsi üçün alternativ variantlar düşünür. Bu səbəbdən İspaniyanın NATO-dan çıxarılmasına dair fikirlər səsləndirilir. Səbəb kimi İspaniyanın NATO-ya ayrılan müdafiə xərclərinin artırılması məsələsində passiv mövqe tutması göstərilir. NATO 2035-ci ilə qədər üzv ölkələrin hərbi xərclərini ÜDM-in 5%-ə qədər artırmasını öhdəlik kimi müəyyən etmişdir".

Ekspert qeyd etdi ki, xərclərin artırılması, təbii ki, İspaniya üçün asan olmayacaq və bu, vergilərin artırılmasını, bəzi sosial proqramların isə ləğv edilməsini və ya ixtisar olunmasını tələb edir:

"Bu addımlar atılmadan İspaniya müdafiə xərclərinin artırılmasını maliyyələşdirə bilməyəcək. Nəticədə, Alyans daxilində fikir ayrılıqları dərinləşəcək. Başqa sözlə, NATO üzvləri arasında müdafiə xərclərinin artırılması məsələsində yaranan fikir ayrılıqları ciddi narazılıqlara səbəb olacaq. Əgər İspaniya NATO-dan çıxarsa, Alyans Aralıq dənizi vasitəsilə Qərbə, xüsusilə də Almaniyanın qərb istiqamətinə çıxış imkanlarını itirəcək. Digər tərəfdən, Aralıq dənizində fəaliyyət göstərən gəmilərin və təyyarələrin texniki baxımdan xidmət göstərilməsi üçün yaradılmış infrastruktur da NATO-nun nəzarətindən çıxacaq".

Müsahibimizin fikrincə, İspaniyanın Alyansı tərk etməsi ilk növbədə NATO-nun quru qoşunlarının daşınması ilə bağlı problemlər yaradacaq.

"Çünki Almaniyanın qərbinə aparan ən qısa yol məhz İspaniya ərazisindən keçirdi. Bu, həm quru, həm də dəniz yollarına aiddir. Qeyd edək ki, ÜDM-in 3,5%-i NATO-nun əsas müdafiə xərclərinə, əlavə 1,5%-i isə vacib hərbi infrastrukturun və müdafiə sənayesi bazasının gücləndirilməsinə yönəldilməlidir", - deyə Ədalət Verdiyev əlavə etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri