İspaniyanın “Santander” bankının nümayəndələri ilə müzakirələr aparılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 sentyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İspaniyanın “Santander” bankının nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb. Bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı, eləcə də birgə layihələrin həyata keçirilməsində maliyyə sektorunun rolu mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən çoxtərəfli maliyyə institutları vasitəsilə dəstəklənməsi imkanları nəzərdən keçirilib. Bu çərçivədə “Santander” bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Azərbaycanda investisiyaların təşviqi və dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirələr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Sentyabr 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















