Icma.az
close
up
RU
İspaniyanın uğur düsturu: Dünya çempionlarını 10 il əvvəl yetişdirməyə başlayıblar

İspaniyanın uğur düsturu: Dünya çempionlarını 10 il əvvəl yetişdirməyə başlayıblar

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

David Raya hazırda dünya futbolunun ən yaxşı qapıçılarından biridir. "Arsenal"ın qolkiperi ötən mövsüm "topçular"ın uzun müddət davam edən çempionluq həsrətinə son qoymasında əsas pay sahiblərindən biri idi. O, komandasının həm İngiltərə Premyer Liqasında zirvəyə yüksəlməsində, həm də UEFA Çempionlar Liqasında finala qədər irəliləməsində həlledici fiqurlardan sayılırdı. İndi Raya həm də dünya çempionudur. Lakin bu titulun qəribə bir tərəfi var. O, dünya çempionatının bütün oyunlarını ehtiyat oyunçular skamyasında keçirərək qızıl medal qazanıb. Hazırda planetin ən yaxşı qapıçılarından biri hesab olunan futbolçu İspaniya millisində yalnız "2 nömrə"dir.

İlk baxışdan bu qərar məntiqsiz görünür. Karyerasının ən yaxşı dövrünü yaşayan, Avropanın elit klublarından birinin əsas qapıçısı olan futbolçu niyə əsas heyətdə yer almır? Bu sualın cavabı statistikadan çox, baş məşqçi Luis de la Fuentenin futbol fəlsəfəsindədir. Çünki İspaniya millisinin çalışdırıcısı üçün rəqəmlərdən əvvəl etimad anlayışı gəlir. Elə buna görə də David Raya ehtiyatda qalır, Unay Simon isə illərdir, əsas heyətin dəyişməz simalarından biridir. Bu yanaşmanın kökü on ildən artıq müddətə gedib çıxır.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Dünya çempionu komanda bir gündə yaranmayıb

David Raya məsələsi Luis de la Fuentenin məşqçilik fəlsəfəsini anlamaq üçün ən yaxşı nümunələrdən biridir. Çünki o, bu komandanı hazır vəziyyətdə qəbul etməyib. Dünya çempionu olan kollektivin böyük hissəsini illərlə özü formalaşdırıb. Bu gün əsas heyətdə yer alan futbolçuların bir çoxu yeniyetmə yaşlarından onun rəhbərliyi altında çıxış edib.

Məhz buna görə İspaniyanın dünya çempionluğunu təhlil edərkən diqqəti təkcə finala və ya taktiki gedişlərə yönəltmək qüsurlu olardı. Bu uğurun əsasında federasiyanın illərlə qoruduğu sistem dayanır. De la Fuentenin komandası dünyanın ən mütəşəkkil kollektividir. Bu komanda isə illərlə eyni sistem daxilində formalaşıb və həmin sistemin mərkəzində Luis de la Fuente dayanıb.

U-19-dan Dünya Kubokuna uzanan yol

Müasir futbolda milli komanda məşqçilərinin əksəriyyəti hazır nəsli qəbul edir. Onların işi müxtəlif klublarda yetişmiş futbolçuları bir araya gətirib qısa müddətdə nəticə əldə etməkdir. Luis de la Fuentenin yolu isə tamamilə fərqlidir. O, 2013-cü ildən etibarən İspaniya Futbol Federasiyasının aşağı yaş qruplarında işləməyə başlayıb və pillə-pillə yüksəlib.

Mütəxəssis əvvəlcə U-19 millisini çalışdırdı və 2015-ci ildə bu komanda ilə Avropa çempionu oldu. Daha sonra o, U-21 yığmasına rəhbərlik etdi və 2019-cu ildə burada Avropanın ən güclüsü oldu. De la Fuente 2021-ci ildə Tokio Olimpiadasında İspaniyanı finala çıxararaq gümüş medal əldə etdi. Artıq o, əsas yığmaya tam hazır idi...

Elə buna görə də Luis Enrikenin gedişindən sonra federasiya məşhur mütəxəssis axtarmadı. Çünki bu nəsli hamıdan yaxşı tanıyan insan elə uzun illər "qırmızılar"ın sisteminin içində olan de la Fuente idi. O, 2023-cü ildə əsas millinin başına gətirildi. Bu, İspaniya futbolunun növbəti hegemonluğunun başlaması ilə nəticələndi. Qısa müddət sonra "qırmızı furiya" UEFA Millətlər Liqasını qazandı. 2024-cü ildə komanda Avropa çempionu oldu. İndi isə İspaniya bir milli komandanın əldə edə biləcəyi ən böyük uğuru qazanaraq dünya çempionu adına yiyələndi.

Bu, təsadüfi ardıcıllıq deyil. Heç bir təhlil olmadan belə aydındır ki, uğurların hər biri əvvəlkinin məntiqi davamıdır.

Dünya çempionlarını özü yetişdirib

İspaniyanın dünya çempionu olan heyətinə baxanda maraqlı mənzərə görünür. Unay Simon, Mikel Merino, Mikel Oyarzabal, Dani Olmo, Martin Zubimendi, Fabian Ruis, Rodri, Robin le Normand və daha bir sıra futbolçular müxtəlif dövrlərdə Luis de la Fuentenin rəhbərliyi altında aşağı yaş millilərində çıxış ediblər. Bəziləri U-19-da, bəziləri U-21-də, bəziləri isə Olimpiya komandasında onunla birlikdə çalışıblar. Unay Simon və dünya çempionatında de la Fuentenin "coker"i olan Mikel Merino isə yuxarıda sadalanan bütün uğurlarda onun rəhbərliyi altında top qovublar.

Bu futbolçular üçün de la Fuente yeni məşqçi deyil. Çalışdırıcı onların futbolçu kimi formalaşdığı illərin ayrılmaz hissəsidir. İlk beynəlxalq turnirləri, ilk böyük qələbələri, ilk uğursuzluqları, milli formanı daşımağın məsuliyyəti... Bütün bunlar onun rəhbərliyi altında yaşanıb. Buna görə də İspaniya millisindəki münasibətlər adi məşqçi-futbolçu əlaqəsindən daha dərindir.

"Niyə Raya yox, Simon?" sualının cavabını burada daha konkret vermək olar. Ola bilsin ki, "Arsenal"ın qolkiperi fərdi keyfiyyətlərinə görə daha üstündür, lakin de la Fuente üçün qapıçı müdafiənin lideridir, ilk ötürməni edən futbolçudur, komandanın ritmini müəyyənləşdirən fiqurdur. Ən əsası isə məşqçinin oyun modelini hamıdan yaxşı anlayan oyunçulardan biridir. Unay Simon illərdir bu sistemin içindədir və məşqçi onun hansı vəziyyətdə necə qərar verəcəyini bilir. Qapıçı isə baş məşqçisinin nə istədiyini əlavə izaha ehtiyac olmadan anlayır.

Məşqçi kimi karyerasının zirvəsi dünya çempionluğudur

Təbii ki, Luis de la Fuentenin məşqçi kimi karyerasının zirvəsi dünya çempionluğudur. Lakin bu uğuru xüsusiləşdirən əsas məqam bütün bir nəsli məhz özünün yetişdirməsidir. Dünya çempionatı oyunlarını təhlil etsək, İspaniyanın pressinqi, mövqe oyunu və topa nəzarətindən geniş şəkildə bəhs etmək olar və bütün bunlar dünya çempionluğunun vacib elementləridir. Ancaq həmin taktiki modelin bu qədər qüsursuz işləməsinin səbəbi futbolçuların onu illərlə eyni prinsiplərlə mənimsəməsidir.

Baş məşqçi eyni nəsil oyunçularla əvvəl U-19-da, sonra U-21-də, ardınca Olimpiya Oyunlarında uğur qazandı, daha sonra həmin futbolçuların böyük hissəsini əsas milliyə gətirərək UEFA Millətlər Liqasını, Avropa çempionatını və nəhayət, Dünya Kubokunu qazandı. Futbol tarixində belə ardıcıl inkişaf yolu keçən başqa məşqçi xatırlamaq çətindir. Elə buna görə də Luis de la Fuenteni sadəcə dünya çempionu məşqçi adlandırmaq azdır. O, İspaniya futbolunun son onillikdə qazandığı bütün böyük uğurların əsas memarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 İyul 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri