Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

İsrail ABŞ İran razılaşmasından tam məmnun deyil Deputatdan AÇIQLAMA

İsrail ABŞ İran razılaşmasından tam məmnun deyil Deputatdan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İslamabad memorandumunu ABŞ-nin məğlubiyyətinin bəyanatı hesab edirik.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışındakı çıxışında deyib.

Mövzuyla bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, İslamabad Memorandumu ABŞ və İran arasında imzalanmış, ən azından müharibəni dayandıran və sülh üçün perspektiv açan bir sənəddir:

"Təbii ki, həm İran, həm də ABŞ tərəfi bu memorandumu öz qələbəsi kimi təqdim edir. Bu da təbii, gözlənilən və anlaşılan yanaşmadır. İran tərəfi hesab edir ki, memorandum məhz onun maraqlarına xidmət edir. Bildirilir ki, Hörmüz boğazı ətrafında İran hələ də hegemon qüvvə olaraq qalır, bu razılaşma əsasında İranın dondurulmuş fondları və vəsaitləri geri qaytarılacaq, eyni zamanda İran öz nüvə, raket və hərbi potensialından imtina etməyib. İran tərəfi məhz bu arqumentləri önə çəkir. Məhəmməd Baqir Qalibafın da Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransında səsləndirdiyi fikirlər İranın öz mövqeyini və milli maraqlarını qorumaq baxımından ifadə olunmuş yanaşma kimi qiymətləndirilə bilər. Eyni məzmunlu bəyanatları ABŞ Prezidenti Donald Tramp da səsləndirir. O bildirir ki, İranın silahlı qüvvələri, dəniz donanması və hərbi potensialı məhv edilib, Hörmüz boğazı isə yenidən açıqdır. Bu mövqe Tramp üçün ona görə vacibdir ki, İrana qarşı başladığı müharibə səbəbindən ciddi tənqidlərə məruz qalıb. Xüsusilə İranın nüvə potensialının və zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarıla bilməməsi, həmçinin İranın tam kapitulyasiyaya məcbur edilməməsi ilə bağlı ona qarşı geniş kampaniya aparılır".

Siyasətçi qeyd etdi ki, ABŞ-də hətta Respublikaçılar Partiyasının bəzi üzvləri də Trampın siyasətinə qarşı çıxırlar:

"Son Konqres müzakirələrində müharibənin dayandırılması ilə bağlı səsvermə zamanı, səhv etmirəmsə, Respublikaçılar Partiyasından dörd senator demokratlarla birlikdə Trampın siyasətinin əleyhinə səs verib. Qarşıdan aralıq seçkilərin gəlməsi də Tramp üçün bu məsələnin siyasi əhəmiyyətini artırır. Ona görə də o, müharibədən çıxdığını və sülhə nail olunduğunu vurğulayaraq, seçkilər öncəsi özünə qarşı aparılan kampaniyanı neytrallaşdırmağa çalışır. Bu, Amerika perspektivindən başadüşüləndir".

Müsahibimizin fikrincə, ABŞ və İsrailin İrana qarşı başladığı müharibədə qalib tərəf müəyyənləşməsə də, açıq şəkildə uduzan tərəf də İran deyil:

"Çünki İranın zənginləşdirilmiş uranı və nüvə ehtiyatları ölkə ərazisində qalır, çıxarılmayıb. İranın təhlükəli hesab olunan raket proqramı da qorunub saxlanılıb və onun ləğvindən söhbət belə getmir. Bildiyiniz kimi, Pakistanın Baş naziri Şahbaz Şərif bu müharibənin dayandırılması prosesində fəal vasitəçilik edib. O da bəyan edib ki, İranın raket proqramı və ballistik raketlərinin ləğvi ümumiyyətlə müzakirə mövzusu deyil. Hətta İranı müdafiə edərək bildirib ki, digər dövlətlərə ballistik raket istehsal etmək hüququ verilirsə, eyni hüquq niyə İrana tanınmasın? Beləliklə, həm ABŞ-nin, həm də İranın etibar etdiyi əsas vasitəçi ölkələrdən biri olan Pakistan da İranın raket proqramının ləğvinin gündəmdə olmadığını və bu məsələnin danışıqlar masasında yer almadığını təsdiqləmiş oldu. Bu baxımdan İranın zənginləşdirilmiş uranı məhv edilməyib və ölkə ərazisində qalır. Ballistik raket proqramı da ləğv olunmayıb və toxunulmaz şəkildə mövcudluğunu davam etdirir. Üçüncü məsələ isə İranın proksi qüvvələri ilə bağlıdır. Düzdür, Hizbullaha ciddi zərbələr endirilib və təşkilat zəiflədilib. Lakin İran Livanda sülh və atəşkəs rejiminin qorunmasını tələb edir. ABŞ da müəyyən mənada bu məsələdə İrana güzəştə gedərək, İsrailin mövqeyinə təsir göstərməyə çalışıb. Bu səbəbdən İranın həmin istiqamətdəki potensialının da tamamilə sıradan çıxarıldığını söyləmək çətindir".

Millət vəkili əlavə etdi ki, bu müharibə İranın məğlubiyyəti ilə nəticələnsəydi, o zaman İran kapitulyasiya sənədi imzalamalı idi.

"Bunun baş verməməsi də diqqət çəkən məqamlardandır. Hətta son dövrlərdə ABŞ və İsrail arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. İş o yerə çatıb ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrail hökumətinə qarşı açıq tənqidi bəyanatlar səsləndirib. O, xüsusilə Benyamin Netanyahu hökumətinin mövqeyini tənqid edib. Cey Di Vensin İsveçrədə İranla daha geniş və perspektivli bir razılaşmanın əldə olunacağına dair gözləntiləri var idi. Lakin bu baş tutmadı. Bununla belə, Qətər və Pakistanın vasitəçiliyi nəticəsində ən azı hazırkı mərhələdə müharibənin dayandırılmasına imkan verən memorandum imzalandı. Hazırda bu sənəd çərçivə xarakterli razılaşma kimi qiymətləndirilir. Sülh danışıqlarının və müzakirələrinin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək. Şəxsən mən bu məsələyə Rusiya-Ukrayna müharibəsində olduğu kimi skeptik yanaşıram. Hesab edirəm ki, memorandumun uzunmüddətli olacağına dair qəti əminlik yoxdur. Təxribatlar baş verə, razılaşma pozula və eskalasiya yenidən başlaya bilər. Necə ki, Rusiya-Ukrayna müharibəsinin ilk mərhələlərində İstanbulda danışıqlar aparıldı, müəyyən razılaşmalar əldə edildi, lakin sonradan həmin razılaşmalar praktik nəticə vermədi. Burada xüsusilə İsrail faktorunu qeyd etmək lazımdır. Çünki İsrail ABŞ-İran danışıqlarından tam məmnun deyil. “Wall Street Journal” nəşrinin son məqalələrindən birində də İsrail hökumətinin mövqeyi açıq şəkildə əks olunub. Bildirilir ki, İsrail ABŞ-İran razılaşmasını tam qəbul etmir və istənilən vaxt Livanda və ümumilikdə Yaxın Şərqdə öz maraqlarına uyğun addımlar ata bilər. Bu da göstərir ki, sözügedən memorandum hər nə qədər beynəlxalq razılaşma sənədi olsa da, onun davamlılığı və effektivliyi regionda baş verəcək hadisələrdən, xüsusilə də İsrailin gələcək addımlarından ciddi şəkildə asılı olacaq", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri