Icma.az
close
up
RU
İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqlik yaradılır Nazir AÇIQLADI

İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqlik yaradılır Nazir AÇIQLADI

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır. 

"Unikal" xəbər verir ki, bu bəyanatı dünən İsrail parlamentində (Knesset) baş nazir Benyamin Netanyahunun adından onun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak verib.

Məlumata görə, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub.

Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvilinin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir. 

İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb: "Bu, yeganə müsəlman ölkəsidir ki, İsrail Dövlətinin tanınması təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin kök salıb". 

Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak deyib: "Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir".

O, İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu izah edib.

Nazirin  sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq.

Ştrak onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir: ""Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur". 

Öz növbəsində, İsrailin Baş Nazirinin Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən sanksiyaların ləğvinə aiddir.

Ağarza Elçinoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Mart 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri