Icma.az
close
up
RU
Azərbaycan ABŞ və İsraillə strateji müttəfiqlik yolunda

Azərbaycan ABŞ və İsraillə strateji müttəfiqlik yolunda

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır. Bu barədə İsrail parlamentində ölkənin milli missiyalar naziri Orit Ştrak məlumat verib. “Yerususəlim Post " yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub. İsraillə ABŞ əlaqələrinin möhkəmləndirilməsi bir neçə baxımdan önəmlidir. Əvvəla Donald Tramp hər zaman İsrailə qarşı xoş münasibəti ilə tanınan siyasətçi olub. Onun komanda üzvləri də bu əməkdaşlığın daha yüksək formada davam etdirilməsini dəstəkləyirlər. İsrail 2 - ci dünya müharibəsindən sonra Yaxın Şərqdə ABŞ əsas etibarlı tərəfdaşı olub. ABŞ - nin son zamanlarda dünya iqtisadiyyatında əsas söz sahibi olmaq üçün mübarizə apardığı Tramp dövründə zəngin sərvətlərə malik Yaxın Şərq və Cənubi Qafqaz bölgələri siyasətdən kənarda qala bilməz. Tramp admistirasiyasında hər nə qədər Ermənistana simpatiya bəsləyən qüvvələr olsa da onlar yaxşı başa düşürlər ki, bu regionda söz sahibi Azərbaycandır. İstər güclü enerji resurslarına, istər baş verən müharibədə qazandığı parlaq qələbə, istərsə də şərqlə qərb arasında bacarıqlı manevr imkanlarına görə Azərbaycana maraq böyükdür. Daha bir vacib amil isə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmasıdır. Trampın dövründə ABŞ - Avropa münasibətlərində müəyyən soyuqluq yaşanır. Buna səbəb ABŞ - nin Avropa bazarlarında əsas söz sahibi olmaq istəməsidir. Azərbaycanın enerji məsələsində qoca qitənin önəmli tərəfdaşı olması təbii ki, ABŞ - nin diqqətindən kənarda qala bilməz. Üçüncü vacib məsələ isə Azərbaycan - İsrail münasibətlərindəki yaxınlıqdır. Elə İsrail parlamentdə aparılan müzakirələrdə də lahiyyənin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin İbrahim sazişləri çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb. Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir. Söhbət Azadlıq Aktının bədnam 907-ci bölməsindən gedir. İsrail üçün ortaq əməkdaşlığa Azərbaycanın daxili edilməsinin əhəmiyyəti böyükdür. Azərbaycanın ABŞ və İsrail üçün həssas ölkələr olan İran və Rusiyanın qonşuluğunda yerləşməsi də ölkəmizin əhəmiyyətini artırır. Bu əməkdaşlıq şübhəsiz ki, rəsmi Bakı üçündə mühüm müsbət nəticələrə səbəb olacaq. Azərbaycan bu əməkdaşlıqla dünyanın ən qüdrətli dövlətinin timsalında özünə yaxın müttəfiq qazanacaq. Eyni zamanda ölkəmizin müdafiə sahəsində qüdrəti artacaq. İkincisi vacib amil amil odur ki, Azərbaycan dünya enerji bazarında əsas söz sahibi ölkələrdən biri olacaq. Ölkəmizin baş tutacaq yeni lahiyyələrdə iştirakı daha da asanlaşacaq. Üçüncü vacib məsələ isə bədnam 907 - ci düzəlişin aradan qaldırmalısıdır. Bu həm ölkəmizin mühüm diplomatik qələbəsi, həm də Azərbaycan - ABŞ münasibətlərinin inkişafı baxımından da böyük nailiyyət olacaq. Azərbaycanın İsrail və ABŞ - la strateji müttəfiqliyi Ermənistanla aparılan sülh danışıqlarda ölkəmizin əlinin daha da güclənməsinə, qarşı tərəfin yanında yer alaraq başda Avropa rəsmiləri olmaqla erməni havadarlarının qarşısına güclü müttəfiqlə çıxmağımıza səbəb olacaq. Bu əməkdaşlıq dünya siyasətində yeni güc mərkəzinin formalaşması baxımından böyük əhəmiyyət kəsb etdiyinə görə hazırda dünya mediası tərəfindən diqqətlə izlənilir.
Zeynal Əmrəliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri