Icma.az
close
up
RU
İsrail atəşkəsi qəbul etdi

İsrail atəşkəsi qəbul etdi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub. Razılaşma Misirdə keçirilən danışıqların nəticəsində formalaşıb və onun icrası artıq həyata keçirilməyə başlanıb. Prezident Donald Trampın sözlərinə görə, oktyabrın 13-də HƏMAS tərəfindən 2023-cü ilin 7 oktyabr hadisələri zamanı girov götürülən bütün sağ qalan şəxslər azad ediləcək, İsrail ordusu isə əvvəlcədən razılaşdırılmış xəttə çəkiləcək. Bu zaman İsrail tərəfi Qəzza sektorunun əvvəlki nəzarətində olan ərazisinin təxminən 20 faizindən imtina edəcək.

Razılaşma barədə ilk rəsmi açıqlamanı Prezident Donald Tramp verib. ABŞ lideri bunu 9 oktyabr gecəsi, ictimai-siyasi dairələrin nümayəndələri ilə keçirdiyi görüş zamanı bəyan edib. Daha sonra Tramp “Truth Social” sosial şəbəkəsi üzərindən yayımladığı açıqlamada bildirib: “İsrail və HƏMAS sülh planımızın ilk mərhələsini imzalayıblar. Bu, girovların tezliklə azad ediləcəyi və İsrail ordusunun atəşkəs xəttinə çəkiləcəyi anlamına gəlir. Bu, uzunmüddətli və davamlı sülhə doğru ilk addımdır.” ABŞ Prezidenti, həmçinin Qətər, Misir və Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirib.

Prezident Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, girovlar və həlak olanların cəsədləri yaxın günlərdə İsrailə qaytarılacaq. İsrail mənbələrinin məlumatına görə, söhbət 20 sağ qalan və 28 həlak olmuş vətəndaşın qaytarılmasından gedir. Misirdə keçirilən danışıqların üçüncü günü razılaşmanın əsas müddəaları 9 oktyabrda İsrail hökumətinə təqdim edilib. İsrailin Baş naziri Benyamin Netanyahu sənədi dəstəklədiyini bəyan edərək deyib ki, əldə olunan nəticə ordunun göstərdiyi hərbi təzyiqin və əsgərlərin fədakarlığının nəticəsidir.

Razılaşmaya əsasən, İsrail ordusu bölmələrinin geri çəkilməsi üçün 24 saat vaxt ayrılıb. İsrail ordusunun məlumatına əsasən, 10 oktyabr saat 12:00-dan etibarən Qəzza sektorunda atəşkəs qüvvəyə minib. Bundan sonra İsrail qüvvələri yeni dislokasiya xətləri boyunca yerləşməyə başlayıblar. ABŞ mənbələri bildirir ki, geri çəkildikdən sonra İsrailin nəzarətində Qəzza sektorunun 53 faizi qalacaq. HƏMAS isə bu mərhələdən sonra 72 saat ərzində girovları azad etməlidir. Qətər nəşri “Əl-Ərabi əl-Cədid”in məlumatına görə, həlak olan girovların cəsədləri mərhələli şəkildə İsrailə qaytarılacaq. Sazişin icrasına ABŞ, Misir, Qətər və Türkiyə zəmanət veriblər. Bununla belə, HƏMAS nümayəndələri münaqişənin yenidən alovlana biləcəyindən narahat olduqlarını bildiriblər.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir qüvvələrə təhlükəsizlik tədbirlərinin artırılması və istənilən ssenariyə hazır olmaq barədə göstəriş verib. Ordunun mətbuat xidməti bəyan edib ki, qüvvələrin dislokasiyası siyasi rəhbərliyin təlimatları və razılaşmanın mərhələlərinə uyğun şəkildə həyata keçiriləcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Qüvvələrinin (CAXAL) Qəzza sektorunda qoşunların birinci mərhələdə geri çəkilməsini təsdiqləyib. ABŞ Prezidentinin Qəzza üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “X” üzərindən bildirib: “İsrail ordu qüvvələrinin geri çəkilməsinin ilk mərhələsi başa çatıb, girovların azad edilməsi üçün 72 saatlıq müddət başlayıb”.

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see306

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see304

Livitt istefa verdi

13 Avqust 2026 00:16see246

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see224

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see186

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see184

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see174

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see171

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see165

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see165

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see164

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see164

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see163

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see161

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see160

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see159

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see157

Beyin travmalarının müalicəsi üçün meduzalardan preparat hazırlandı

12 Avqust 2026 21:21see155

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see155

Faydalı olmasaydı, Bakı və İrəvan bu sənədi imzalamazdı Erməni deputat

12 Avqust 2026 14:20see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri