Icma.az
close
up
RU
İsrail bəyan edirdi ki, Suriya İranın təhdidlərinə boyun əydiyi zaman qarşılığında ciddi cavab alacaq

İsrail bəyan edirdi ki, Suriya İranın təhdidlərinə boyun əydiyi zaman qarşılığında ciddi cavab alacaq

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Tramp hakimiyyətə gəldikdən və Qasim Süleymani öldürüldükdən sonra proseslər dəyişdi. İndi biz görürük ki, rejim yenidən nüfuz dairəsini bölgədə artırmaq üçün bir sıra fəaliyyətlərə əl atır. O cümlədən, “HƏMAS” terror təşkilatının gücləndirilməsi və İsrailə qarşı yeni bir cəbhənin açılması prosesi idi. 15-16 ay ərzində baş verən hadisələrə hamımız şahidik. “HƏMAS” terror təşkilatı İsrail ərazisinə keçərək, orada sivil vətəndaşları öldürdülər, təcavüz etdilər. Uşaqları oğurladılar və hələ də bu günə qədər çox insan onların girovluğunda qalıb. Bütün bu proseslərdən İranın xəbəri var idi. Baş verənlər barədə Əli Xameneiyə hesabat verilirdi. O da planlar verirdi. Onun planları əsasında proseslər irəliləyir və İran rejimi “HƏMAS” terror təşkilatına ehtiyac duyduqları silahları verirdi ki, İsrailə qarşı müxtəlif yerlərdən - Suriya, Qəzza və Livan tərəfdən cəbhə açsınlar, İsraili zəiflətsinlər və oradakı vətəndaşları mühacirətə məcbur etsinlər. Bununla da Xameneinin verdiyi “vədi” - “İsrail bundan sonra 25 ilini görməyəcək” fikrini reallaşdırsınlar”.

Bu barədə Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına bildirib ki, İsrail dövləti və başda baş nazir Netanyahu olmaqla, çox ağır zamanda məsuliyyətli qərar verdilər. Bu qərar nəticəsində İsrail dövləti tərəfindən terrorizmə qarşı mübarizə prosesi başlandı: “Bu gün demək olar ki, “HƏMAS” terror təşkilatı ciddi şəkildə zərbə alıb və nəticədə zəifləyib. Livanda “Hizbullah” terror təşkilatı da əvvəlki qədər təsirli deyil. İran çox çalışdı ki, Suriya üzərindən “Hizbullah”-a yardım göndərsin və İsrail dövlətinə qarşı təhdidini o istiqamətdə davam etdirsin. Amma İsrail terrorçu təşkilatların yüksək rütbəli hərbçilərini öldürdü və onlara böyük zərbələr vurdu. Verilən məlumatlar və aparılan araşdırmalar onu göstərirdi ki, əslində Bəşər Əsəd də bu vəziyyətdən bezib. Bəşər Əsəd də artıq istəmir ki, İran rejimi oradakı nüfuzunu artırsın. Çünki Bəşər Əsəd həm ərəb, həm də Türkiyə dövlətləri ilə münasibətləri yeniləməyə, yeni münsibətlər qurmağa çalışırdı. Amma İran rejimi buna imkan vermirdi.

İsrail artıq hiss edir ki, Bəşər Əsəd çox böyük basqı altındadır. İran rejimi parlament sədri Galibafı, xarici işlər nazirini dəfələrlə göndərdi, müxtəlif mesajlar göndərdi ki, “Suriyanı müxaliflərdən biz qurtarmışıq, Suriyada bizim söz haqqımız var və bura onların dediyi “müqavimət mərkəzidir”. Sən bizə arxa çevirə bilməzsən”. Bir növ təhdid edirdi. Bunun qarşılığında İsrail dövləti bəyan edirdi ki, Suriya İranın təhdidlərinə boyun əyirsə, bunun ağır cavabı olacaq”.

Sadiq İsabəyli

“Bu proseslərdə aydın şəkildə görmək olur ki, İran rejimi öz ideoloji siyasəti ilə Suriyada ciddi nüfuza sahib olmuşdu və çalışırdı ki, onu qoruyub saxlasın. Bəşər Əsədin müxaliflərinin tez bir zamanda Hələb və Həma şəhərini tutması, Türkiyə sərhədlərinə yaxın olan əraziləri kürd terror təşkilatlarından azad olunması, Bəşər Əsəd müxaliflərinin Dəməşq tərəfə yönəlməsi göstərdi ki, bölgədə çox ciddi proseslər getməkdədir”-deyə şərhçi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri