Icma.az
close
up
RU
İsrail həbs etdiyi Oskar mükafatlı fələstinli rejissoru sərbəst buraxdı (VİDEO)

İsrail həbs etdiyi Oskar mükafatlı fələstinli rejissoru sərbəst buraxdı (VİDEO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oskar mükafatına layiq görülmüş fələstinli rejissor Hamdan Ballal İsrailin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan bir gün sonra azadlığa buraxılıb. Bu barədə onun dostu və həmtəsisçi rejissor Yuval Abraham məlumat verib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Ballal, "No Other Land" sənədli filminin həmmüəllifi, İsrail polisi tərəfindən İordan çayının qərb sahilində israilli məskunlaşanlarla qarşıdurmadan sonra həbs edilmişdi. Onunla birlikdə Oskar qazanan Basel Adra ABC News-a bildirib ki, Ballalın saxlanılmazdan əvvəl məskunlaşanlar tərəfindən hücuma məruz qaldığı və xəsarət aldığı ehtimal edilir.

Ballal martın 26-da azad edilib. Abraham sosial şəbəkədə yazıb ki, "o artıq azaddır və ailəsinin yanına qayıdır".

İsrail polisi ABC News-a Ballalın üç nəfərlə birlikdə sərbəst buraxıldığını təsdiqləyib. Həmin şəxslərə "müəyyən şərtlərlə, o cümlədən digər iştirakçılarla əlaqə saxlamamaq və şəxsi zəmanət vermək şərti ilə" azadlıq verilib. Araşdırma davam edir və əlavə həbslərin ola biləcəyi bildirilib.

İsrail Müdafiə Qüvvələri (IDF) hadisə ilə bağlı açıqlamasında bildirib ki, "bir neçə terrorçu israilli vətəndaşlara daş atıb, onların avtomobillərinə ziyan vurub". Bunun ardınca "fələstinlilərlə israillilər arasında qarşılıqlı daşatma ilə müşayiət olunan zorakı qarşıdurma baş verib".

IDF-in açıqlamasında əlavə olunub: "İsrail polisi və IDF qüvvələri qarşıdurmanı dağıtmaq üçün hadisə yerinə gəlib, lakin bu zaman bir neçə terrorçu onlara daş atmağa başlayıb". Qüvvələr "üç fələstinlini və zorakı qarşıdurmada iştirak edən bir israilli mülki şəxsi saxlayıb". Hadisə nəticəsində bir israilli yaralanıb və tibbi yardım üçün xəstəxanaya aparılıb.

İsrail polisi təsdiqləyib ki, Ballal Kiriyat Arba polis bölməsinə aparılıb və istintaq altında olub.


"No Other Land” filmi və Masafer Yatta

Bu ilin Oskar mükafatına layiq görülmüş "No Other Land" adlı sənədli film, İsrail Müdafiə Qüvvələrinin (IDF) Masafer Yatta kəndlərini dağıtmaq cəhdlərinə və israilli məskunlaşanların təzyiqlərinə qarşı yerli sakinlərin mübarizəsindən bəhs edir. Həm Ballal, həm də Adra Masafer Yatta sakinləridir.

B'Tselem insan haqları təşkilatının sahə araşdırmaçısı Naser Nəcəva ABC News-a bildirib ki, Ballal həbs edilməzdən əvvəl onunla birlikdə olub. "Son bir ay ərzində hər gün hücumlar olur, - deyə Nəcəva qeyd edib. - Məskunlaşanlar bizə təzyiq göstərərək bizi Susiya kəndindən çıxarmağa çalışırlar".

Nəcəvanın sözlərinə görə, hadisələr səhər saat 07:30-da başlayıb. "Biz İsrail polisini çağırdıq. Onlar gələndə dedilər ki, 'məskunlaşanların burada otlaq sahəsindən istifadə etməyə hüququ var'. Lakin bu, bizim şəxsi torpaqlarımızdır, evlərimizdir".

Axşam saatlarında isə məskunlaşanlar yerli ailələrə hücum edib, daş ataraq evlərə ziyan vurub və onların qoyunlarını vurmağa çalışıblar.

Fəal Anna Lippman ABC News-a bildirib ki, o və bir qrup aktivist də Susiya kəndinin kənarında israilli məskunlaşanların daşlı hücumuna məruz qalıblar. Hadisə əvvəlcə Ballalın qonşusunun evində başlayıb, daha sonra Ballalın evinə keçib.

Adranın sözlərinə görə, iki məskunlaşan silahlı olub, hücum edənlərin əksəriyyəti isə maskalanmışdı.

"Hamdan sadəcə orada dayanmışdı ki, məskunlaşanlar ona da hücum etdilər", - Nəcəva bildirib. - Onlar su çənlərini dağıtdılar. Və çox keçmədən əsgərlər onu həbs etdilər. O vaxtdan bəri ondan xəbər ala bilməmişik".

"Hamdan evinə qaçdı, - deyə Nəcəva əlavə edib. - O, həyat yoldaşı və uşaqlarını evə salıb qapıda durdu ki, onları qorusun. Həmin an əsgərlər onu həbs etdilər. Mən çəkiliş aparmağa yaxınlaşdım. Onu gözləri bağlanmış, qolları qandallanmış şəkildə iki fələstinli ilə birlikdə hərbi maşına mindirdilər".

Sonradan Nəcəva Ballalın həyat yoldaşı ilə danışıb. "O mənə dedi ki, Hamdan döyülüb. Amma jurnalistlərlə danışmağa çox qorxur. Başqa bir jurnalist cəhd etdi, amma o imtina etdi".

Masafer Yattanın statusu

İsrail ordusu 1980-ci illərdə Masafer Yatta ərazisini hərbi təlim zonası elan edib və oradakı sakinlərin çıxarılmasına qərar verib. Bu, 20 il davam edən məhkəmə mübahisəsinə səbəb olub.

İsrailin Ali Məhkəməsi 2022-ci ildə ərazidən sakinlərin çıxarılması barədə qərarı qüvvədə saxlayıb. Bununla belə, təxminən 1000 fələstinli hələ də bölgədə qalmaqdadır. İsrail qüvvələri mütəmadi olaraq bölgəyə daxil olaraq evləri və digər tikililəri sökür. Yerli sakinlər bildirirlər ki, məhkəmənin 2022-ci il qərarından sonra İsrail məskunlaşanları bölgədə bir neçə qanunsuz yaşayış məntəqəsi qurub.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see163

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see161

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri