Icma.az
close
up
RU
Qəza bölgəsində şübhəli helikopter iddiası... Türkiyə MN dən açıqlama

Qəza bölgəsində şübhəli helikopter iddiası... Türkiyə MN dən açıqlama

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Türkiyə Müdafiə Nazirliyi “C-130” tipli hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması ilə bağlı yeni açıqlama verib.
Bakupost.az xəbər verir ki, nazirlik açılqamada 20 hərbçinin şəhid olduğu hadisə ilə əlaqədar bir çox iddia və sualları cavablarlandırıb.
Qeyd olunub ki, təyyarədə şəxsi heyət və təyyarə texniki xidmət avadanlığı olub:
“Təyyarədə sursat olmayıb. Onun qəzaya düşmə səbəbi ilə bağlı nəsə demək tezdir. Davam edən qəza-təhlil araşdırması başa çatdıqdan sonra hadisənin başvermə səbəbi dəqiqləşəcək”.
Radar qeydlərində həmin dəqiqələrdə bölgədə bir helikopterin müşahidə olunduğuna gəlincə, nazirlikdən bildirilib ki, təyyarə qəzaya uğradıqdan sonra əraziyə gedən və onunla əlaqə yaratmağa çalışan helikopter Gürcüstana məxsus olub”.
Təyyarə Səudiyyə Ərəbistanı tərəfindən istismardan çıxarılandan sonra alınıbmı" sualına isə belə aydınlıq gətirilib:
“Sözügedən təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, texniki baxışlardan keçdikdən sonra 2014-cü ildə inventara daxil edilib. Modernizasiya işləri başa çatdırıldıqdan sonra 2022-ci ildən istifadəyə verilib. Bu tarixdən indiyədək təyyarə planlı şəkildə texniki yoxlanışdan keçərək xidmətdə olub. Lakin iddia edildiyi kimi, təyyarə Səudiyyə Ərəbistanında istismardan çıxarılmayıb, lazım olandan çox olduğu üçün satılıb. “C-130” tipli təyyarələr Səudiyyə Ərəbistanı tərəfindən hələ də istifadə olunur”.
Nazirlik qəzaya uğrayan təyyarənin köhnə və texniki cəhətdən yararsız olması barədə iddialara da aydınlıq gətirib:
“Köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. Sözügedən təyyarələrin texniki yoxlanışı müntəzəm aparılıb. “C-130” təyyarələri hazırda 70-dən çox ölkədə aktiv şəkildə istifadə olunur. Qəzaya uğrayan təyyarənin texniki keçmişi araşdırıldıqda müəyyən olunub ki, ona “Erciyes” avionika modernizasiyası tətbiq edilib, gövdə, mühərrik və pər baxışları vaxtında həyata keçirilib. Sonuncu texniki baxış 11 sentyabr – 12 oktyabr 2025 tarixləri arasında aparılıb.
Qəzaya uğrayan təyyarənun “qara qutu” adlandırılan FDR (Flight Data Recorder – uçuş məlumatı qeydiyyatı) və CVDR (Cockpit Voice Data Recorder – kabin səs qeydiyyatı) cihazları araşdırma məqsədilə ölkəyə gətirilib və Ankarada ekspertizaya təqdim olunub.
Təyyarələrimizin uçuşları 12 noyabr 2025 tarixindən etibarən ehtiyat tədbiri olaraq dayandırılıb. Ətraflı texniki yoxlamalar aparıldıqdan və bütün müayinələr tamamlandıqdan sonra araşdırması bitən təyyarələrin uçuşlarına yenidən icazə veriləcək”.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri