Icma.az
close
up
RU
İsrail Hizbullahla təşkəsə razılaşdı Bu gecədən...

İsrail Hizbullahla təşkəsə razılaşdı Bu gecədən...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İsrail Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

"Cebheinfo.az" bu barədə  “The Jerusalem Post”-a istinadən yazır.

 Atəşkəs çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 10:00-da qüvvəyə minəcək. Baş nazir Benyamin Netanyahu atəşkəsin müddətinin Hizbullahın hərəkətlərindən asılı olacağını vurğulayaraq, hər hansı pozuntunun İsrail hərbçilərinin zərbələri ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) artıq Hizbullaha ciddi ziyan vurub və onu “onilliklər geriyə qoyub”. Uğurlar arasında o, qrupun lideri Həsən Nəsrullahın ləğvini, infrastrukturunun və silahlarının məhv edilməsini də qeyd edib.

“Reuters”in məlumatına görə, sazişin şərtləri İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını və Livan ordusunun orada yerləşdirilməsini nəzərdə tutur. Livan Litani çayının cənubundakı sərhəddə silahlı mövcudluğunu dayandırmağı öhdəsinə götürür. Livanın xarici işlər naziri Abdullah Bu Həbib 5 min Livan əsgərinin ölkənin cənubuna göndəriləcəyini və ABŞ-ın döyüşlər zamanı zədələnmiş infrastrukturun bərpasına yardım edə biləcəyini bildirib.

Netanyahu atəşkəsin zəruriliyini İran təhlükəsinə qarşı mübarizə, hərbi arsenalın bərpası və HƏMAS-ın təcrid edilməsinə diqqət yetirməklə izah edib.

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, atəşkəs razılaşması Qəzzada müharibənin sona çatmasına kömək edə bilər. Onun sözlərinə görə, HƏMAS digər ölkələri də münaqişəyə cəlb etməyə çalışırdı ki, bu da döyüşlərin dayandırılmasını çətinləşdirirdi. Blinken bu razılaşmanın gərginliyi azaldacağını, həm livanlıların, həm də israillilərin həyatını xilas edəcəyini və mülki şəxslərin öz evlərinə qayıtmasına imkan yaradacağını bildirib.

Xəzər

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri