Icma.az
close
up
RU
İsrail İran ədavətinin MİSTİK TARİXİ: Nəyi bölə bilmirlər?

İsrail İran ədavətinin MİSTİK TARİXİ: Nəyi bölə bilmirlər?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rüstəm Qaraxanlı yazır...

1979-cu ildən şiddətlənən və hazırkı aktiv hərbi əməliyyatlar fazasına qədəm qoyan İsrail-İran qarşıdurmasının sırf dini mahiyyət kəsb etdiyini düşünənlər, yumşaq desək, yanılırlar. Müasir və hələ ki mövcud olan İslam Respublikasının etnik üstünlük və ya fars millətinin titul statusuna vizyonu şah dövrünün İranı ilə müqayisədə nə dərəcədə fərqlidir? İslam dininin şiə təriqətini ixrac etməklə başqa dövlətlərin daxili həyatına nüfuz edən indiki modeli istisna etsək, demək olar ki, köklü fərq yoxdur.

Hazırda ABŞ-də yaşayan və İsrailin hərbi əməliyyatları ilə eyni vaxtda üzə çıxan devrilmş şah - Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin fars millətçiliyi hazırda hakimiyyətdə olan dini-klerikal sistemdəki etnoeqodan heç də geridə qalmır. Kimsə düşünürsə ki, bu gün İran fars millətçiliyinə şiə müsəlmançılığından az önəm verir, deməli, mövcud konyunktura o qədər də bələd deyil...

Farslarla yəhudilər dünyanın ən qədim millətləridir. Farslar yəhudilərdən də qədimdirlər, dövlətçilik ənənələri isə daha dərin və zəngindir. Tarixçilər hesab edirlər ki, farsların çarı Kirin qılıncının hər iki tərəfinin də kəsdiyi dövrdə yəhudilər hələ gənc millət idilər. Misirdən qaçıb, Babilə əsir düşmüş yəhudilərin sonuncunu ilhaq edən Kirin qanadları altına keçmələri farslarla dostluqlarının pik nöqtəsi sayılır. Ancaq adətən, bu kimi hallarda baş verən müəmmalı hadisələr fars-yəhudi dostluğuna pəl vurmaqla bərabər, həm də tarixi qarşıdurmanın bünövrəsini qoyur...

Fars hökmdarı Kir Babildən sonra Misiri tutmaq istəyir və bu hərbi kampaniyada coğrafi cəhətdən yaxınlıqda olan Qüdsün xüsusi önəmi var. Babildə əsir olan yəhudiləri öz tərəfinə çəkən Kir onlardan Misirin işğalında yararlanmaq qərarına gəlir. Ancaq çox keçmədən ingilislər demiş, "something went wrong", yəni işlər tərs getməyə başlayır. Çünki siyasətə din qarışır. Atəşpərəst farslar hesab edirlər ki, yəhudilərin müqəddəs kitabları Babildə yaşayan qəddar əjdaha Zəhhaq tərəfindən yazılıb. İran mifologiyasında Zəhhaq üçbaşlı ilan, ilanların şahıdır. O, Babildə yaşayır və şər qüvvəsi Əhrimənin tayfasından olan dəhşətli əjdahadır. Əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirir. Lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhaqın minillik zalım hökmranlığına son qoyulur, onu Dəmavənd dağının mağarasına həbs edirlər.

Bundan inciyən yəhudilər daha bir kitab - Esfiri yazırlar ki, orada da onların fars dövlətinin içinə qədər yeriyib, soyqırımı törətdikləri təsvir olunur. Bu gün İsrail kəşfiyyatı "Mossad"ın İran dövlətinin dərinliklərinə nüfuz etməsini xatırladırmı? Zərdüştlüyün kosmologiyasına görə, xeyir qüvvəsi Ahura Mazda şər qüvvəsi olan Əhrimənlə mübarizə aparır. Bax yəhudiləri də farslar həmin Əhrimənin casusları hesab edirlər. Bu da sizin üçün Xeyir və Şərin mübarizəsi!

Əgər kimsə İsrail-İran ədavətinə dini kontekstdən baxmaq istəyirsə, məhz bu platformadan çıxış etməlidir. Çünki farslarla yəhudilər dostluq və münaqişə edəndə ərəblər bir millət kimi mövcud deyildilər. Düzdür, islamın gəlişi və farsların müsəlman olmaları bu ədavətə başqa çalarlar da əlavə edib ki, burada ərəb amilini nəzərə almamaq düzgün olmaz. Unutmayaq ki, Mədinənin varlı yəhudi icması ilkin dövrdə Məhəmməd peyğəmbərə öz tərəfdarlarını konsolidasiya etməkdə xeyli kömək etmişdi, özü də siyasi hesablarla. Yəhudilər ərəblərdən güclü Bizansa qarşı yararlanmaq niyyətində idilər. Ancaq yenə nə isə baş verdi və peyğəmbər yəhudiləri lənətlədi. Farslar lənətləyən kimi.

XX əsrin ikinci yarısında İranda hakimiyyətdə olan pəhləvilər cəmiyyətə Qərb həyat tərzinin aşılanmasının tərəfdarı idilər. İranı ənənəvi mühafizəkar dünyagörüşündən ayıran sekulyar islahatlar dövlətin gündəmində bir nömrəli məsələ idi. İran hətta yenicə yaranmış İsrail dövlətini ilk tanıyan ölkə olmuşdu. Ancaq bu dostluq da uzun çəkmədi və 1979-cu ildə islam inqilabı baş verdi. Din farsların tarixi yaddaşının qalibi çıxdı. Bu, özünü yenə də yəhudi-müsəlman müstəvisində, eynən farsların Zərdüşt davamçıları olduqları dövrdəki, Babildə münaqişənin meydana çıxdığı andakı kimi bütün sərtliyi ilə büruzə verdi...

Həm islam, həm də yəhudilikdə tarixin, yaxud dünyanın sonuna doqmatik inanc var. Bu, şiə farslarda xüsusilə güclüdür. Onlar sonuncu imam Mehdinin gəlişini, onun Dəccalla və tərəfdarı olan yəhudilərlə döyüşünün gözləntisindədirlər. Mehdi gəlir, İsa peyğəmbər göydən enir, Dəccal da peyda olur, son döyüş baş verir və arxası məlumdur...

Yəhudilər də öz növbəsində inanırlar ki, Üçüncü yəhudi məbədi yaranmalıdır, özü də Qüdsdəki Əl-Əqsa məscidinin yerində. Deməli, bu məscid burada olmamalıdır. Hər iki tərəfin yaddaşında din tarixi dərin iz qoyduğundan adıçəkilən məsciddə İsrail ordusu və polisinin mütəmadi reydlərinin də bir izahı var. Necə ki, İsrailin hərbi əməliyyatının adı Tövratdan, İranınkı isə Qurandan götürülüb. Baş nazir Netanyahunun müharibədən bir gün əvvəl "Ağlama divarı"na Tövratdan sitatı əks etdirən arzularını kağıza köçürüb qoyması da uzaq tarixə - yəhudilərin Babildə olduğu dövrə işarədir.

Hər iki tərəf mistik şəkildə dini inanclarının buyurduğu prinsiplər əsasında müharibə edir. Ancaq yalnız müqəddəs kitablara istinadlar nə islamın, nə də yəhudiliyin tarixin sonuna doğru yolunu qısaldır, zamanı isə tezləşdirir. Odur ki, din öz yerində, reallığa isə hakim olmaq lazımdır. Müasir terminologiya ilə buna praqmatizm deyilir. Məsihi gözləməkdən yorulan yəhudilər problemi fövqəlqüvvəsiz həll etmək qərarına gəliblər. Heç İran da geri qalmır - Mehdi gecikir, əvəzində SEPAH var - imamın müasir ordusu. İsrail kiçik, ABŞ isə böyük şeytandır. Deyəsən, Zəhhaq Dəmavənd dağındakı məhbəsdən qurtulub. A yordu, yordu, yordu, görək kim kimi yordu...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri