Icma.az
close
up
RU
Şəkərin 100 dən çox zərərli təsiri aşkarlanıb Endokrinoloq izah edir

Şəkərin 100 dən çox zərərli təsiri aşkarlanıb Endokrinoloq izah edir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erkən yaşlanmanı, piylənməni və ürək-damar xəstəliklərini sürətləndirir

Eyni zamanda uşaqlarda şəkərin çox qəbulu əsəbilik və davranış pozuntularına səbəb olur

 Şirniyyatların və şəkərin çoxlu miqdarda istehlakı sağlamlıq üçün çox ziyanlıdır.

Bu səbəbdən mütəxəssislər şirniyyatların qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Eyni zamanda faydalı şirniyyatlara üstünlük verməyi tövsiyyə edirlər. Qeyd edirlər ki, tünd şokolad, bal, meyvə quruları, halva, təbii zefir və marmelad kimi şirniyyatlardan az miqdarda yemək olar.

Mütəxəssislərin rəyinə görə, şirniyyat və şəkərin gündəlik rasiondan çıxarılması orqanizmdə bir sıra mühüm və müsbət dəyişikliklərə səbəb olur. Onların fikrincə, şəkərin immun sistemini zəiflətməsi elmi araşdırmalarla sübut edildiyindən, şirniyyatlardan imtina immun müdafiəni gücləndirən əsas amillərdən biri hesab olunur.

Ekspertlər həmçinin bildirirlər ki, artıq çəki və piylənmənin əsas səbəblərindən biri məhz şəkərli qidaların həddindən artıq qəbuludur və bu məhsullardan uzaq durmaq bədən çəkisinin normallaşmasına ciddi töhfə verir:

-Şəkərin çox istehlakı beyinin fəaliyyətinə mənfi təsir göstərir, diqqəti zəiflədir və öyrənmə prosesini çətinləşdirir. Buna görə də şəkərin azaldılması intellektual fəaliyyətin və tədris göstəricilərinin yüksəlməsinə imkan yaradır.

Şəkərdən sui-istifadə hüceyrələrin insulinə həssaslığını azaldır və bu da gələcəkdə şəkərli diabetin yaranma riskini artırır. Bu baxımdan, şəkərdən imtina diabetdən qorunma yollarından biri kimi dəyərləndirilir.

Şəkərin dəriyə mənfi təsiri də danılmazdır. Onlar bildirirlər ki, şəkər dərinin qocalma prosesini sürətləndirir və ondan imtina etdikdən sonra dəri daha sağlam və canlı görünməyə başlayır. Şəkərin həddindən artıq qəbulu orqanizmdə iltihabi prosesləri artırır, bu isə həm ürək-damar xəstəliklərinin, həm də xərçəngin riskini yüksəldir. Şəkərin azaldılması ilə iltihab səviyyəsinin aşağı düşdüyü və bunun sağlamlıq üçün ciddi üstünlüklər yaratdığı bildirilir.

Şirniyyatlardan çox istifadə əsəbilik, əhval dalğalanmaları və yuxu pozuntuları ilə nəticələnir. Şəkərdən imtina bu problemlərin azalmasına və psixoloji tarazlığın bərpa olunmasına kömək edir.

Endokrinoloq Rövşən Həsənov Sherg.az-a açıqlamasında şəkəri metabolizmanı zəiflədən və bir çox xəstəliklərin yaranmasına təkan verən qida kimi dəyərləndirib. Onun sözlərinə görə, şəkərin rasionda nə qədər az yer alması insan sağlamlığının bir o qədər yaxşı qorunmasına şərait yaradır. Mütəxəssis bildirib ki, aparılan elmi araşdırmalarda şəkərin 100-dən artıq zərərli təsiri müəyyən edilib və qida dəyəri olmadığı üçün şəkər “boş kaloriya” hesab olunur: “Şəkər qaraciyərə əlavə yük salır, immun sistemini zəiflədir və orqanizmdə mineralların təsir mexanizmini pozur. Şəkər hüceyrələrə zərər verir, bədənin bakterial infeksiyalara qarşı müqavimətini azaldır, toxumaların elastikliyini zəiflədir və xrom çatışmazlığına səbəb olur.

Həmçinin qlükoza səviyyəsini artırmaqla aclıq hissini gücləndirir, mis, kalsium və maqneziumun sorulmasını zəiflədir, göz sağlamlığına mənfi təsir göstərir və həzm sistemində turşuluğun artmasına yol açır. Uşaqlarda şəkərin çox qəbulu adrenalinin sürətlə yüksəlməsinə, nəticədə əsəbilik və davranış pozuntularına səbəb olur”.

Endokrinoloq bildirib ki, şəkər erkən yaşlanmanı sürətləndirir, dişlərin çürüməsinə, piylənməyə gətirib çıxarır, məktəbli uşaqlarda öyrənmə qabiliyyətini zəiflədir, qastrit və mədə xorasının yaranma riskini artırır: “Göbələk infeksiyalarını gücləndirir, öd daşlarının əmələ gəlməsinə səbəb olur, ürək-damar xəstəlikləri riskini yüksəldir. Bütün bunları nəzərə alaraq, şəkərin gündəlik qidalanmada minimuma endirilməsi vacib haldır. Şəkər babasil, varikoz genişlənmə, osteoporoz, insulinə həssaslığın pozulması, E vitamininin azalması, böyümə hormonunun səviyyəsinin enməsi, xolesterin balansının pozulması, qida allergiyaları, katarakta, parkinson xəstəliyi və qaraciyərin piylənməsi kimi ciddi sağlamlıq problemlərinə də yol aça bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri