Icma.az
close
up
RU
İsrail İran gərginliyi fonunda neft bahalaşmaqda davam edir

İsrail İran gərginliyi fonunda neft bahalaşmaqda davam edir

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cümə axşamı səhər neft qiymətləri ABŞ-ın İran-İsrail münaqişəsində iştirak planları ilə bağlı qeyri-müəyyənlik fonunda yüksəlir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 0,21 dollar (0,27%) bahalaşaraq bir barelə görə 76,91 dollar olub. Çərşənbə günü bu müqavilələr bir barel üçün 0,25 dollar artaraq 76,7 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI neftinin fyuçersləri 0,2 dollar (0,27%) bahalaşaraq 75,34 dollar/barelə çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,3 dollar artaraq bir barel üçün 75,14 dollar olub.

Yaxın Şərqdəki vəziyyət bazarın diqqət mərkəzində qalır. İnvestorlar narahatdırlar ki, regionda gərginliyin daha da artması və İsraillə İran arasında münaqişənin genişlənməsi Hörmüz boğazında daşımaların məhdudlaşdırılmasına və neft tədarükünün kəsilməsinə səbəb ola bilər.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü deyib ki, o, İran problemini necə həll edəcəyi ilə bağlı hələ yekun qərar qəbul etməyib. "Mənim bununla bağlı fikirlərim var, lakin hələlik heç bir qərar yoxdur və yəqin ki, son dəqiqəyə qədər olmayacaq. Çünki şərait dəyişir", - o, Ağ Evdə jurnalistlərə deyib.

Tramp Tehranla nüvə danışıqlarının bərpasını istisna etmədiyini bir daha vurğulayıb. Amerika prezidenti vurğulayıb ki, İran-İsrail münaqişəsinə mümkün qədər tez son qoyulmalıdır. Eyni zamanda, o qeyd edib ki, nəticədə Tehranın nüvə silahına malik olmayacağına dair zəmanət mütləq olmalıdır.

Bu arada, ABŞ Energetika Nazirliyinin dünən açıqladığı məlumatların göstərdiyi kimi, ölkədəki kommersiya neft ehtiyatları ötən həftə 11,473 milyon barel azalıb. Bu, ötən ilin iyun ayından bu yana ehtiyatlarda rekord azalmadır. “Trading Economics”in məlumatına görə, ekspertlər orta hesabla 2,3 milyon barel azalma proqnozlaşdırıblar.

Benzin ehtiyatları 209 min barel artıb, distillələr 514 min barrel, Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən xam nefti saxlayan Cushing terminalındakı ehtiyatlar isə 995 min barel azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://banco.az
archiveBu xəbər 19 İyun 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri